Avropa bu peyvənddən imtina edir:
öldürücü təsir var
“AstraZeneca” peyvəndinin təhlükəli yan təsirləri mövcuddur.
Bu istiqamətdə bir qrup norveçli alim araşdırma aparıb.
TASS ölkənin “Verdens Gang” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər qan laxtalanması diaqnozu ilə Oslo Universitetinin Riskospitalat Xəstəxanasına yerləşdirilən 50 yaşdan aşağı 3 həkimin analizlərini yoxlayıb. Məlum olub ki, həkimlərdə bədənin güclü immun reaksiyasına görə qanda lenfosit sayının azalıb və bunun nəticəsində qan laxtalanması əmələ gəlib.
Tədqiqat müəlliflərindən biri Paul Andre Holme həkimlərin qanlarından götürülən trombositlərdə digər tibb sahələrindən tanış olan, yalnız dərmanlardan qaynaqlanan xüsusi antitellər aşkarlandığını deyib.
Qeyd edək ki, bu günə qədər Norveçdə 120 000 nəfər “AstraZeneca” ilə vaksinlənib. Onların əksəriyyətində yan təsirlər aşkarlanmasa da, bir çox digər Avropa ölkələrində olduğu kimi vaksinasiyanı dayandırıb.