Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • On yaşlı məktəblidən hamilə qalan qızın anası danışdı: “Abort haqqında düşünmürük”
  • Avropada avtomobillərin alışı rekord həddə enib
  • "MÜTLƏQ OLACAQ" - PREZİDENT PUTİNLƏ GÖRRÜŞDƏN DANIŞDI
  • Hər qadın 35 yaşdan sonra mütləq bunu etməlidir - Ölüm təhlükəsi var...
  • İnsanların əldə etmək istədiyi bu bahalı metal qiyməti ilə mütləq rekord qırır
  • Boş qalan qucaqlar... və yaxud 80 yaşlı qadına gül bağışlamağım...

    • Tarix: 28-03-2021, 12:37


    80 yaşlı qadına gül bağışlamağım və ömrün 50 illik acısına şərikliyim 
     
    Epiqraf-proloq: Mütləq və mütləq 80 yaşacan yaşamaq lazımdır! Yalnız o yaşda yaşama, həyata doğru qiymət vermək müdrikliyinə çatmaq olur!/"Rıtsar" 

    ...Yazın ağzı, güllərin ləçəkləri təzə-təzə açılırdı: Moskva bu il bahara vaxtından tez qucaq açmışdı. Adətim üzrə hər dəfə Moskvaya ayağım dəyən kimi, sinif yoldaşım İqbalın yanına gedib, bir stəkan çay içib, onunla nahar edib, olanlardan-keçənlərdən danışıb-dərdləşib sonra işimin dalınca getməyə hazırlaşdım.
    Metronun "Preobrajenskaya" stansiyasına doğru addımlayanda ("Mosfilm" tərəfdən) gözüm güllü-çiçəkli dairədə çiçəyi burnunda olan qızılgülləri və çəliyinə söykənə-söykənə pəmbə addımlarla irəliləyən, əslində isə silueti sürüşmə effekti yaradan "babulya"nı aldı! Yeyin addımlarla özümü "babulya"ya çatdırdım - ondan öncə isə gül təpəciklərindən üç ədəd qızılgül qopartdım "babulya"ya vermək üçün! Hələ bərkiməmiş tikanların barmaqlarımı qanatmasının fərqinə varmadan gülləri şövqlə, təbəssümlə və gözəl, sevgi dolu baxışlarla "babulya"ya uzatdım!
     
    Əzizlərim, inandırıram sizi, siz heç vaxt elə təbəssüm, elə minnətdarlıq, elə sevinc heç kimin üzündə, heç bir halda görməmisiniz! Lap elə son - İkinci Qarabağ Savaşındakı Şuşanın qələbəsi belə o ekstazı, o eyforiyanı yaratmaq gücündə deyil!
     
    "Babulya"nın üzünün-boynunun qırışları altında belə hələ də gözəlliyini itirməyən ağlığı bərq vururdu: sanki qar dənələrinin üstünə günəşin zərrələri səpələnmişdi! Gözlərindəki sirayətyedici baxışlar ultrabənövşəyi şüalar kimiydi sanki. Yupyumru, yumaq sifətində göy qurşağının bütün çalarları vardı - təkcə o peyzajı təqdimata başlasam, tam bir romanlıq təhkiyəyə məruz qalaram!
    Pərqu əllərin gilavar meh əsintisi, vücudunu dalğalandıran-ləpələndirən ilk öpüşünü alan bakirə qız həyəcanı, minnətdarlıq, təşəkkür sözlərinin ifadəsində aciz qaldığı məmnuniyyət, elə bil alnından üzünə tökülüb alma yanaqlarını örtən gur xurmayı saçlarını gözlərinin üstündən yana atırmış kimi, həqiqətdə isə şaxı sınmış, təravətini itirmiş, solğun və səliqəsiz kül rəngi almış saçlarını xəfifcə qulağının üstündən sağrısına tapşırıb, qarşılığında nəsə demək üçün əsasən fransız, qismən alman, əksəriyyəti türk-tatar tərkibli "zəngin rus dili"nin milyonluq saxlancından ləyaxlı çələng hörməkdə ikən... hər yerdə və hər zaman cəza üçün özünü yetirən, şirini acı edən rus polisi yaxınlaşdı:
     
    - Vətəndaş, sənədləri təqdim edin!
    "Babulya" (mənim digər millətlərdən gördüyüm qadınlardan fərqli olaraq, nə eyməndi, nə narahat oldu, nə də "həzz dəqiqələri"nin tempini-dadını-dozasını-rəngini azaltdı, elə həminki səadət və xoşbəxtlik dolu baxışlarla seyrə davam etdi) rus polisinin mənimlə sorğu-sualına şahid olaraq, elə bil, bir daha məndən centlmenliyimi cəngavərliklə möhürləməyimi tələb etdi! Məhz tələb etdi! Ummadı! Gözləmədi e, amiranə baxışlarla - "nu, day etim ublyudkam otpor, moy kavaler" tələb etdi!
     
    Sənədlərimi təqdim edirəm - əlbəttə ki, hələ qeydiyyat problemi ola bilməz, təyyarə bileti üstümdə! İttiham səslənir:
    - "Uvajayemıy", Siz gülləri qırdınız, ziyan vurdunuz, cərimə 1000 rubl!
     
    Həvəslə və ürəklə 1000 rublu verirəm və hələ minnət də qoyuram: 
    - Rəsmiləşdirməyə ehtiyac yoxdur!
     
    Polisin biri deyəsən, dana deyil:
    - Bir halda ki, 1000 rubl varındı, sən "babulya"ya o güllərdən beşini ala bilərdin, niyə qırdın ki? O cür gözəl güllərlə o cür kobud rəftar nədən?
     
    - Əzizim, mən gül mağazası tapınca, mən o gülləri dəstələtdirincə, mən gəlib "babulya"nı gördüyüm yerə çatınca, sizcə, o vaxta "babulya" qalardı?
     
    - Mənası nədir ki? 
     
    - Mən gözəl bir xanıma gül hədiyyə etmək istədim - anında, yerində, düşünmədən, məqsədli şəkildə yox, görən kimi! Görən kimi!
     
    - "Poşli, Vasya, ostav yeqo, xren poymeş, çto on xoçet..."
     
    Bu arada... polis "o cür gözəl güllərlə o cür kobud rəftar" sözünü deyəndən sonra hiss edirəm ki, qanamış barmaqlarım gücsüz-heysiz bir əlin ovcuna alınır!
     
    Polislər aralananda "babulya"nın ovcundakı əlimi sinəsi üstünə qoymağını görürəm!
     
    - Ülyahəzrət, bağışlayın, sizi kofe içməyə dəvət edirəm (əslində, kişi kimi jest etməyə və kişilənməyə hələ 2000 rubl da qalıb İqbalın cibimə qoyduğu 3000-dən), ümid edirəm, məni şərəfdən məhrum etməzsiniz!
     
    "Babulya" barmaqlarımın qanı bulaşmış əlim sinəsi üstündə və həm də qoluma girmiş kimi asta, lap asta addımlarla məni kafeyə istiqamətləndirir!
    Heç nə danışmırıq!
     
    Təvazökarlıqdan uzaq olsa da, kübarlarla bir neçə dəfə məxsusi kofe məclisində olmuşam! Fəqət... nə aristokratlarla, nə sevgili adına olanlarla içdiyim kofelər, kofe məclisləri o dadda olmayıb!
     
    Danışmadan, baxışaraq və sadəcə... qapqaynar kofenin ilk qurtumundan başlayaraq tənzimləyə-tənzimləyə tam soyumamış son damcısını içənəcən!
    Mənə maraqlı deyildi bu "babulya" haçan harda yaşayıb, necə gözəl olub, kimləri şərəfləndirib, kimi və ya kimləri xoşbəxt edib, kiminlə xoşbəxt olub, işinin adı nə olub, sənəti nədir, savadı-təfəkkürü nədir... 
    Mənə onun o an yaşatdığımdan yana yaranan portret cizgiləri bəs edirdi!
    Mənə o da maraqlı deyildi... Ülyahəzrət... səhərdən-axşama rus telekanallarının bütün bəlaların baiskarı kimi təqdim etdiyi  "litso kavkazskiy natsionalnosti" haqqında nə fikirləşir, mənim çopur üzüm onda nə təəssürat yaradır!
     
    Kofe ritualı bitəndən sonra knyaginyalar sayaq, əlini əlimə almağım üçün əlini uzadaraq getməyin vaxtı olduğuna işarə verdi!
    Eleqantlıqla, özümə heç vaxt yaraşmayan, özümü heç vaxt aparmadığım bir centlmenliklə lütfümü əsirgəmədən əlini əlimə alıb kafeni tərk etdik. Metroya işarəylə icazə istədim ayrılmağa!
    Vizit vərəqini uzatdı: "Natalya Allazova, naçalnik proizvodstvennoqo otdela izdatelstvo "Molodoya qvardiya""
    Dodağım qaçdı... və "ev telefonuna zəng edərsən axşamlar vaxtın olanda" mərhəmətinə "etimad və etibar üçün təşəkkür edirəm!", - deyərək aralandım!
     
    Biryulevoda tələbə yoldaşım Faiqin qardaşının kafesinə çatanda artıq gec idi və gec olmağı da ona görə yaxşıydı ki, sonuncu müştəri də ayağa qalxırdı: stulları səliqəylə ard-arda və yan-yanan düzüb rahat yatmaq olardı!
     
    Tələbə yoldaşım Faiq danışanda xeyriyyəçi "mat Tereza" kimi "10 min Səciyə verdim", "5 min Şahinə verdim", "3 min İlhama verdim", "Xoşqədəmi qarşıladım yola saldım", "Qəniməti restorana qonaqlığa apardım" desə də, mənə çatanda... 100 rubl yolpulu zorla qoparırdım, amma yatmaq və yemək problemim olmurdu deyə, ondan artıq ziyana salmırdım! Gələn kimi Faiqdən yolpulu alıb qabaqcadan nəzərdə tutduğum görüşlərə hazırlaşdım!
     
    Bir neçə gün işlərimlə məşğul olandan, əlimi-ayağımı qaydaya salandan, cibimi doldurandan sonra, qəfil... Natalya Allazova yadıma düşdü!
    Mobildən ev telefonuna çox çıxır deyə, Teymuru axtardım. Sağ olsun, saatlarla pulsuz danışıq balansı olan nömrə verdi! (Təfsilata ona görə varıram ki, nəzərinizə çatdırım: burda bilmirəm necədir, Moskvada bir qadının qabağına kişilənib kişi kimi çıxmaq üçün bir neçə kişinin dəstəyi lazımdır!)
     
    Əlqərəz... Natalya nənə zəngimə cavab verəndə ilk soruşduğu bu oldu:
     
    - Vizitkanı görəndə nəyə güldün?
     
    - Mən "Molodoya qvardiya" nəşriyyatında qəzet çap eləmişəm! 1998-də. O vaxtı siz işləmirdiniz yəqin.
     
    - Sən anadan olanda mən pensiyaya çıxmışam! 80 yaşım var!
     
    - Sevinirəm!
     
    - Nəyə? 50 ildir sevinməyən bir qadını tanımağına görə?
     
    - Yox! 80 yaşınızın olmağına görə! Hər halda həyat təcrübəniz, bölüşəsi istehsalat uğurlarınız, oğul-uşaq, nəvə-nəticə sevincləriniz var...
     
    - "Nu i na fiq"... 50 ildə sevinməyim elə gülü qoparıb mənə verəndə oldu!
     
    - Nə deyim, bilmirəm...
     
    - Heç nə, demə heç nə... Arada vaxtın olsa, gəl, yazdıqlarımı sənə verim, oxu! Zəng elə gələndə, kafedə gözləyəcəm!
     
    "Babulya" - Natalya Allazova ilə həmin üçaylıq səfər zamanı dəfələrlə görüşdük, həmişə də kafedə, həmişə də kofe içə-içə və 80 yaşlı bu qadının dediklərindən, ömrünün yaşantılarından bal arısı olaraq, oxucularım-dostlarım-soydaşlarım-əzizlərim üçün bunu toplaya bildim:
     
    - Ey "rıtsar" (həmişə, hər zaman elə çağırdı - telefonda, kofe içəndə, danışanda, görüşəndə), 50 ildə gözəlliyimə elçi düşənlər, qadınlığıma tamah salanlar da demək olar, mənə ömrünü, canını, həyatını, hər şeyini qurban verməyə hazır olanlar həmişə məndən "olmaz", "yox" eşitdilər! Məni işdən başqa heç yerdə görmədilər. Oğlumu, qızlarımı böyütdüm, oxutdum, köçürtdüm, işə düzəltdim, evləndirdim, maşın-qızıl aldım hərəsinə və hamısına, unutdum özümü! Tək canıma etdim bunları!
    Özüm üçün yaşamaq istəyəndə gec oldu! Mən uşaqlarımla nəfəs alırdım, onlar idi mənim dünyam! Məni sağlığında qısqanan, yoxluğunda hər şeydən məhrum edən ərimin adıyla, qoyduğu qaydasıyla yaşadım! Əyalətdən paytaxtacan ucaltdım - hamısını! Bilmədilər, anlamadılar mənim varlığımın onlara İlahinin lütfü olmağını!
    Nə qədər ki, öhdəmdə idilər, öhdəmdə olmaqlarıyla əl-qolumu bağladım, bağladılar, sonra ailələriylə, düşüncəmi işğal etdirdim onları oxutmağa, geyindirməyə, meydana çıxarmağa, heç kim üçün əlçatar olmadım övladlarımdan başqa! Məni nəşriyyat sistemində ən bacarıqlı istehsalat şöbəsinin müdiri kimi tanıdılar - pullu və qürurlu! Amma mən uşaqlarımın qulu oldum, ərimin qısqanclığı üstündə yaşadım! 
    Üstümdə canavar kimi parçalamağa hazır olan kişi baxışları əriyəndə, qızlar ər, oğul arvad qucağına isinişəndən, yaş keçəndən sonra hiss etdim ki... mən Ana yox, sadəcə, pul kisəsiyəm!
    Moskvanın tən ortasında ola-ola, tənhalıq mənim taleyimə çevrilib! Təkliyi - ruhumun təkliyini özüm seçmişdim! Amma tənhalığı yox ki! İndi qucağıma alıb qoynumda yatırdası kimsəm belə yox ki, yanımda olsun! Halbuki mən o qucaqda dünya boyda bir sevgi bəsləmişdim uşaqlarım üçün! Onlarla doldurmuşdum, yad heç bir nəfəsə, yad heç bir kişiyə yer saxlamamışdım məni və uşaqlarımı gəncliyimin sulu gül vaxtında! 
    Sağlığında ərimin mənə xəyanətlərini bağışlamışdım, sözə çevirməmişdim, qısqanclıqla baş-beynini aparmamışdım, öz gözəlliyimdən o qədər əmin idim! O gözəlliyi ki, onu anlayan, duyan olanda, eynən mənim o yaşımda mənim üçün edilən fədakarlığı edir! Mən  30 yaşın gözəlliyini 50 il yaşatdım - bircə yad nəfəsi belə toxunmağa qoymadan, amma kimsə soruşdumu ki, necəsən, Natali?
     
    Fədakarlığın, sədaqətin yalnız özün üçün lüksü var, bu fədakarlığı nə oğul, nə ər dəyərləndirəcək Tanrı deyil! Hətta öz ağılları və belə deyək, diqqətləri, qayğılarıyla dəyərləndirmiş saysalar da!
     
    Yüz il xatirlərinə fədakarlıqla və sədaqətlə yaşadığın doğmalar belə yatanda ayrı yatır! Sən hamının borcundan çıxırsan, hamıya özünü borclu bilirsən, bircə özünün can borcunu unudursan! Öz canına olan borcun barədə düşünmürsən!
     
    Xəstələnəndə, ağrıyanda, ağlayanda öz içinə ağlayırsan, ağrını öz içində çəkirsən! Əgər mən borclu sayılanlarımı etməsəydim, daşqalaq olunardım, amma mənim borcumu kim qaytaracaq?
     
    50 ildir gözləyirəm! Ey, "rıtsar", sən 80 yaşıma çatmağıma sevinirsən, 80 yaşımda da gözün məni görür! Sən məni tanımağına sevinirsən, amma mən səni tanımağıma yox!
    Sən elə mənim 80 yaşımdakı adamsan!
    Sənin mənə tez rast gəlmək şansın olmadı, elə et ki, sən və yaxud da sənə vaxtında rast gəlsinlər!
    Gülü dərdiyin olsun, qucağın boş qalmasın! Dərilməyən güllər, boş qalan qucaqlar işğal olunmuş torpaqlar kimidir - sənə onçun belə deyirəm ki, torpaqlarınız işğaldadır, anlayarsan!
    50 il... gül çələngiylə qapımacan gələnləri yaxına buraxmadım, bir kimsə mənimlə nə bir stəkan çay içmək şərəfinə nail oldu, nə də qabağına çay qoydum ki, şərəfə nail olsun!
     
    Amma haçan getsən vətənə, mənə xəbər elə, gedəndə yenə mənə gülləri qır, dərmə, alma ha, qır, qopar, hədiyyə et! Ömrümü qırmışların acığına! Mən bundan artıq "xəyanət" edə bilmərəm! Bəlkə ürəyim soyuya! 80 il yaşamağımın mənə təkcə bu xeyri oldu, anladım ki, ən böyük fədakarlığı və sədaqəti insan öz canına etməlidir - yetim uşaqlar da böyüyür, atasız qızlar da, anasız oğlanlar da, amma tənha və tək qalan (fərq etməz - ərli ya ərsiz) sədaqətli və fədakar analar böyümür! Onlar son nəfəsəcən can verirlər... can!
     
    Natalidən - "babulya"dan həmişə görüşdüyüm kafedə kiril əlifbası ilə yazılmış gündəliklərini götürdüm, mənə şəkil albomundan mənimlə yaşıd olduğu dövrün şəklini də qoparıb gətirmişdi:
    - Mənə "sevirəm" de! Sənin indiki yaşından tək və tənhal qalan o gözəl qıza! Sadəcə de ki... sevirəm!
     
    - Natali... sənə "sevirəm" deyə bilmərəm! Mənim sevəcəyim kimsə olmadı! Sənə sevirəm desəm, ölərsən! Bəlkə də Moskvada qalası olsaydım, deyərdim! Mən sevdiyimə "səni Tanrım kimi sevirəm" deyirəm, görüşmək istədiyimə elə sadəcə "səni qadın kimi istəyirəm" deyirəm! Sən gözlə, Natali, yaşa, sənə "sevirəm" deyəcək sevdiyini gözləyə-gözləyə! 100 il yaşaya bilərsən elə! Bu həm də sənin sədaqətinin və fədakarlığının mükafatı olar! Bu həm də sənin öz can borcundan çıxmayanlara nümunən olar: necə deyirdi, Vladimir İliç Lenin, axmaqlar öz səhvindən, ağıllılar başqalarının səhvindən ibrət alır! Həyatda elə səhvlər var ki, yüz il də yaşasan, onu özün özünə nə bağışlaya bilirsən, nə də düzəldə!
     
    - Ey "rıtsar", sən nə adam kimi adamsan, nə də şeytan kimi şeytan! De ki... sevirəm! 
     
     - "Tak toçno!" - Əlbəttə! Natali, dünyada tanıdığım qadınlardan yeganəsisən ki, "sevirəm" sözünün nə olduğunu bilirsən, amma mən də onu elə belə deyə bilməyəcəyəm, çünki mən bilirəm "sevirəm" demək nə deməkdir! Hətta sənin həmin 30 yaşında da sənə rast gəlsəydim, yenə sənə sevirəm deməzdim, səni istəyirəm deyərdim - başqalarına dediyim kimi! Sənin üçün edə biləcəyim tək odur ki, sənin varlığını məni tanıyanlara tanıdım: "Bu dünyada bir sədaqətli və fədakar qadın vardı, hamının borcundan çıxdı, öz canına borclu qaldı! Belə... 
     
    Təxminən 20 il keçib, Natalini unutmuşdum, - demək olmasa da, yaddaş lentinə gəlmirdi.
     
    Bu gün Anam zəng etmişdi: "Neçə gündür zəng etmirsən?"...
    Bu gün döyüşçü dostumuzun qızıyla paylaşdığım şəkil arxivdən gəldi - hamı elə bilir öz nəvəmdir (əslində dostumun balası elə mənim öz nəvəm qədər doğmadır)...
     
    Bu gün həm də yağış yağdı - saçlarımın yerində olan vaxtı bütünlüklə isladıb parıltısına tamaşa etdiyim...
     
    Natali səslənirdi: "ey rıtsar", əslində sən elə təksən-tənhasan ki, məni gördün! Sən zərifliklə (gül ilə) incə rəftar etməliykən, kobudluqla (təkliklə, tənhalıqla) zərif davranırsan!     
     
    Əslində, Natali 20 il qabaqdan haqlıydı: mənim "babulya"m-nənəm olmadı onun üçün belə gül dərəsi...
    Heç qızım da olmadı - Zəhra kimi öpən: bu gün şəklini paylaşdığım.
    Saçlarım da qalmadı - yağışa verəsi...
     
    Anam bu gün tənhalığını-təkliyini xatırladanda yadıma düşdü hamısı! Hamısı! 
    Halbuki Xanımgəlinin təklik-tənhalıq yaşantısı olmayıb - əri cəmi bir il qabaq rəhmətə gedib!
     
    Bir az ironik və sarkazmlı oldu: illərin tənha və tək qalan anaları varkən, təkliyi və tənhalığı əlli il yaşamış oğlu dünyaya gətirən qadın bir ilin təhnalığına necə tez diksindi?
     
    Görəsən, yağış tez kəsməz? Göz yaşları yağış damcılarına tez qarışır, yağış damcılarının biri o birisinə qarışmasa da...



    Oxunub: 841
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.