Hər qadın 35 yaşdan sonra mütləq bunu etməlidir -
Ölüm təhlükəsi var...
Hər bir qadın 35 yaşından sonra süd vəzisi xərçəngi ilə bağlı tibbi yoxlanışa getməlidir.
Bunu Türkiyənin tanınmış endokrinoloqu, professor Bahadır Güllüoğlu deyib.
Onun sözlərinə görə, süd vəzisi xərçəngi erkən diaqnoz proqramları ilə tez bir zamanda üzə çıxarıla bilən xərçəng növlərindəndir:
Bu gün dünyada hər 8 qadından birində süd vəzisi xərçəngi riski olduqca yüksək faizdədir. Lakin erkən diaqnoz sayəsində bu xəstəlikdən birdəfəlik qurtulmaq mümkündür. Ailəsində süd vəzisi xərçəngindən əziyyət çəkən qadınlar bu məqama xüsusi diqqət etməlidirlər. Həkimlər 40 yaşdan sonra bütün qadınların mamoqrafiya çəkməsini məsləhət görür.