Süveyş kanalını bağlayan konteyner gəmisi ilişdiyi yerdən çıxarıldı

Süveyş kanalında yolu bağlayan “Evergreen” konteyner gəmisi hərəkətə gətirilib.
Bu barədə “Inchcape Shipping” şirkətinin “Twitter” hesabında qeyd edilib.
Gəminin yerli vaxtla 04:30-da ilişdiyi yerdən çıxarıldığı bildirilir.
Kanalının nə zaman nəqliyyat üçün açılacağı bəlli deyil. Hazırda növbədə 450-dən çox müxtəlif gəminin gözlədiyi vurğulanır.
Qeyd edək ki, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti təxminən 224 min ton olan “Evergreen” Çindən Niderlanda yola düşüb və keçən çərşənbə axşamı kanalda ilişərək hərəkəti tam məhdudlaşdırıb.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: