Ermənistanın Rusiya ilə quru yolu yenə bağlanıb
Hərbi Gürcüstan Yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün qapadılıb.
Bu barədə məlumatı Şimali Osetiya yayıb.
Məlumatda bildirilir ki, yol yerli vaxtla 09:10-da bağladılıb. Yolun qapadılmasına səbəb Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi olub.
Qeyd edək ki, Gürcüstan Hərbi Yolu Rusiyanı Gürcüstan və Ermənistanla bağlayan yeganə quru yoludur.
Oxunub: 360
Xəbəri paylaş
Paylaş: