İran fabriki ABŞ və İsrail bayraqları istehsal edir
İranda bayraq istehsalı ilə məşğul olan fabrik ABŞ və İsrail bayraqlarının istehsalına başlayıb.
Xarici KİV-lər xəbər verir ki, bu İranda ABŞ və İsrail bayraqlarına tələbatın artması ilə bağlıdır. Əlbətdə, iranlılar həmin ölkələrin bayraqlarını hörmət əlaməti olaraq deyil, nümayişlərdə yandırmaq üçün alırlar.
Fabrikin sahibi deyib ki, bayraqların yandırılması həmin ölkələrin vətəndaşlarına deyil, hakimiyyətlərinin yürütdüyü siyasətə etirazdır. Fabrik sahibi Qasem Gəncani general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İranda Amerikaya qarşı nifrətin daha da artdığını deyib. Nəticədə Amerika və İsrail bayraqlarının yandırılması halları da artıb./virtualaz.org
Oxunub: 483
Xəbəri paylaş
Paylaş: