Selcuk Bayraktar Bakıdadır -
FOTO
Pilotsuz Uçan Apratların tanınmış mütəxəssisi, əfsanəvi "Bayraktar" hərbi dronlarının yaradıcısı Selcuk Bayraktar Bakıdadır. Musavat.com xəbər verir ki, bu barədə S.Bayraktar özü sosial media hesabında məlumat paylaşıb.
Paylaşımı təqdim edirik:
“Hər kəsə Can Azərbaycandan salamlar!
Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin qəbri ilə Azərbaycan və Türk Şəhidliklərini ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun!
Qardaşlığımızın gözəl havasını birlikdə aldıq!
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”
44 günlük Vətən müharibəsində ordumuzun qələbəsinə böyük dəstək olmuş "Bayraktar" dronlarının gənc yaradıcısı Azərbaycanda çox sevilir.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: