Psaki Rusiyanı dezinformasiya verməkdə günahlandırıb
“Vaşinqton Rusiyanın ilə Ukrayna ilə sərhəddə baş verən hadisələrə dair dezinformasiya xarakterli məlumatlar verməsindən narahatlığını bildirir”.
APA RİA Novostiy-yə istinadən xəbər verir ki, bunu cümə günü Ağ Evin sözçüsü Cen Psaki deyib.
"Bu filmi əvvəllər də görmüşük: Rusiya Ukrayna ilə sərhəddəki vəziyyətlə bağlı dezinformasiya kampaniyası aparır. Şübhəsiz ki, biz bunu izləyirik, bundan narahatıq və bu platformadan avropalı müttəfiqlərimizlə danışıqları davam etdirəcəyik”, deyə Psaki əlavə edib.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: