ABŞ-da son 24 saatda 70 minə yaxın yeni yoluxma qeydə alındı - 967 ölü

ABŞ-da son sutka ərzində 69 822 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Məlumatı Con Hopkins Universiteti yayıb.
Bildirilir ki, Birləşmiş Ştatlarda bir gündə həm də virusa yoluxmuş 967 nəfər dünyasını dəyişib.
Ümumilikdə isə ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 30,6 milyonu keçib, ölənlərin sayı isə 554 min nəfərə çatıb.
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: