Türkiyədə FETÖ-ya qarşı əməliyyat -
265 hərbçi saxlanılıb
Türkiyə Silahlı Qüvvələri (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirib. Report-un Türkiyə bürosu xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 93 hərbçi saxlanılıb.
Onlardan 25-i həbs edilib, 3 nəfər barəsində hələ də araşdırma aparılır. Saxlanılması barədə qərar verilən daha 22 nəfərin axtarışları davam edir. Saxlanılanlardan 22-si terror təşkilatının fəaliyyəti ilə bağlı təhlükəsizlik qüvvələrinə geniş məlumat verib.
Daha bir əməliyyat İzmir Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində keçirilib. Martın 23-də başladılan əməliyyatlarda indiyədək 184 hərbçinin saxlanılması barədə qərar verilib. Bu şəxslərdən 172-i saxlanılıb ki, onlardan 123-ü hazırda hərbçi işləyir.
Saxlanılanlardan 41-i həbs edilib, 92-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər şübhəlilərin axtarışları davam edir.