AstraZeneca peyvəndi ilə bağlı yeni QALMAQAL

Fransada AstraZeneca peyvəndi olunduqdan 11 gün sonra 63 yaşlı şəxs vəfat edib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, 63 yaşlı Joal Crochetin ailəsi məsələ ilə bağlı polisə müraciət edib.
Mərhumun qardaşı açıqlamasında 7 martda AstraZeneca peyvəndin ilk dozası vurulduqdan yarım saat sonra şiddətli oynaq ağrısı hiss etdiyini, ardından tənəffüs problemi yaşadığını, martın 18-də isə dünyasını dəyişdiyini deyib.
Həkimlərin qaraciyərdə, böyrəklərdə və beyində qan laxtaları aşkar etdiklərini söyləyən Jean-Luc Crochet, qardaşının niyə öldüyünü təyin etmək üçün tibbi yoxlama aparılmalı olduğunu əlavə edib.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: