Çin “Krım təcrübəsi”ni təkrarlaya bilər - “Tayvan əməliyyatı keçirəcək”
Çin artıq bu il və ya yaxın 2-3 ildə «Tayvan hərbi əməliyyatı»na başlaya bilər. Uyğun proqnozu aprelin 6-da rusiyalı çinşünas Nikolay Vavilov «YouTube» kanalındakı akkauntunda səsləndirib. Ekspert hesab edir ki, Tayvan məsələsinin operativ həllinə Pekini həm daxili, həm də xarici xarakterli amillər itələyir.
Vavilovun qeyd etdiyi kimi, Çindəki lokdaunlar çox güclü siyasi xarakter daşıyıb və Si Tsizinpinin amerikayönlü və orduyönlü qrupları arasında güclü qarşıdurmanı ortaya qoyub.
«ÇXR-da sabitliyi pozan komsomolçu qrupların fəaliyyəti göstərir ki, qruplar arasında kompramis yoxdur, bir-birini qarşılıqlı məhv etmək istiqamətində mübarizə gedir. Bu, onun göstəricisidir ki, Si Tsizinpin nəinki üçüncü, mümkündür ki, həm də dördüncü müddətə gedir və həm də Tayvana ekspansiya həyata keçirməyi gözaltı edib» - ekspert bildirib.
Çinşünas diqqəti bu fakta yönəldib ki, artıq bir neçə aydır bu əməliyyat barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəsmi şəxsləri açıq danışırlar. «Başqa sözlə, artıq meynstrim Çin-Tayvan müharibəsindən danışır - əslində isə sadəcə, Krım təcrübəsi üzrə Tayvanın Çinin tərkibinə geri qaytarılmasından söhbət gedir». Vavilov hesab edir ki, bu, artıq bu il ərzində və ya yaxın 2-3 ildə baş verə bilər.
«Çin qlobal iqtisadiyyat sistemi yaradıb və onu Çinə oriyentasiya edib. O cümlədən, sənaye, ticari əlaqələr, investisiya əlaqələri. Qərb birjasının analoqunu - fond bazarını və sadəcə, öz saatını gözləyir ki, bu ticarəti nə vaxt işə salmaq olar…»
Onun sözlərinə görə, Çinə xarici hərbi təsir olmayacaq - çətin ki, kimsə nüvə gücü ilə döyüşmək qərarına gəlsin.
Oxunub: 328
Xəbəri paylaş
Paylaş: