Rusiyada koronavirusdan ölənlərin sayı 102 mini ötdü

Rusiyada son sutka ərzində daha 9150 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da ölkə üzrə koronavirusa yoluxanların sayı 4 623 984 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 402 nəfər artaraq 102 247-yə yüksəlib.
İndiyədək COVID-19-dan sağalanların sayı 4 248 700 nəfərdir.
Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: