Misirdə “İtmiş şəhər” tapıldı -
FOTO
“RİA Novosti” bu barədə ölkənin Turizm Nazirliyinə istinadən xəbər yayır.
Luxor yaxınlığında qum altında tapılan şəhər III Amenhotep dövründə (e.ə.1391-1353-cü illər) salınıb.
Şəhər dövrünün ən böyük inzibati və iqtisadi mərkəzi olub.
Havass qeyd edib ki, bir çox xarici arxeoloji missiya bu şəhəri axtarsa da, heç bir nəticə verməyib.
“İtmiş şəhərin tapılması Tutanhamunun məzarından sonra ikinci ən böyük arxeoloji kəşfdir”, - deyə Baltimordakı Cons Hopkins Universitetinin (ABŞ) misirşünas professoru Betsi Brayn bildirib.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: