Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 869-a çatıb - Ermənistanda isə 3700-ü ötüb

Gürcüstanda son sutkada daha 506 nəfərə koronavirus diaqnozu qoyulub, 11 pasiyent vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 287 689-a, ölənlərin sayı isə 3 869-a çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 285 nəfər artaraq 276 711 olub.
Ermənistanda isə son sutkada koronavirusa 1 009 yoluxma qeydə alınıb. Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 202 167-yə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 23 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 720 nəfərə yüksəlib. Koronavirusdan sağalanların ümumi sayı isə 181 180-a yüksəlib. Hazırda 16 315 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Oxunub: 391
Xəbəri paylaş
Paylaş: