İki ölkədə fövqəladə vəziyyət -
Son 25 ilin ən böyük "hücumu"
Pakistanda səhra çəyirtkələrinin kütləvi yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub.
Ölkə son 20 ilin ən böyük çəyirtkə “hücumu” ilə qarşılaşıb. Çəyirtkələrin qarşısını almaq üçün hökumətin imkanları məhduddur.
Pakistanın İnformasiya naziri Firdus Amik Avan deyib ki, zərərvericilərin çoxalması kənd təsərrüfatına böyük zərər vurur.
Xatırladaq ki, ötən il Pakistana İran ərazisindən keçən çəyirtkələr ölkənin cənub-qərb rayonlarındakı pambıq tarlalarına, buğda və qarğıdalı zəmilərinə böyük ziyan vurub.
Somali hökuməti də çəyirtkə axınına görə ölkədə fövqəladə vəziyyət elan edib. Məlumata görə, bu, son 25 ilin ən böyük çəyirtkə hücumudur.
Oxunub: 283
Xəbəri paylaş
Paylaş: