İranda koronavirus daha 258 nəfərin həyatına son qoydu
İranda ötən sutka ərzində daha 258 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 64 490 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində həm də 21 063 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 2 070 141 nəfərə çatıb. Virus daşıyıcılarından 4 392 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 710 974 nəfər koronavirusdan sağalıb.
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: