İran nüvə stansiyasındakı qəzanı teraktla əlaqələndirdi -
Yenilənib
Nətənz nüvə obyektinin paylayıcı elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.
TASS bildirir ki, bunu ölkənin Vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.
“İran bu iyrənc hadisəni qınayır və beynəlxalq ictimaiyyətə, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinə nüvə terrorizminin bu cür təzahürləri ilə mübarizə aparmağın vacibliyini xatırladır”, - deyə o bəyan edib.
Salehi, həmçinin İranın hadisənin günahkarlarına qarşı müvafiq tədbirlər görmək hüququnu özündə saxladığını da qeyd edib.
***
İranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş veirb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi məlumat verib.
Onun sözlərinə görə, qəza AES-in elektrik şəbəkəsində baş verib və insan tələfatı və çirklənmə olmayıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Xatırladaq ki, dünən İran Nətənzdəki yeraltı zavodda uranın 50 SWU zənginləşdirmə gücü ilə zənginləşdirilməsi üçün son nəsil R-9 sentrifuqalarının sınaqlarına başladığını elan etmişdi.