Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Rüstəm Muradov Qarabağda təhlükəsizliyi müzakirə etdi - Ermənistan qərargah rəisi ilə
  • General Ermənistanı provokasiyada ittiham etdi: “Bu, yalandır, onlar əhalini çaşdırırlar..."- Video
  • "ERMƏNİSTAN ORDUSU QARABAĞDAN ÇIXARILIR" - "Mehri dəhlizinin açılması məsələsi hazırlanır"
  • Azərbaycan daha beş erməni hərbi əsiri Ermənistana qaytarıb
  • “Ermənistana bir ay vaxt verilməlidir”- "BMT, ATƏT Azərbaycanla yox, Ermənistanla danışmalıdır..."
  • “BU İŞİN BAŞINDA DA PUTİN DURUB...”- “Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və...”

    • Tarix: 12-04-2021, 08:37

    “Paşinyan seçkiləri uda bilsə, Qarabağdakı ordunu çıxarmağa başlayacaq”




    Zərdüşt Əlizadə: “Rusiya kimi dövlət qonşuları üçün nümunə ola bilməz... Onlar Rusiyanı qarət edirlər...”

    10 noyabrda imzalanan üçtərəfli sazişlə müharibə dayandırılsa da, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini hər gün nümayiş etdirir. Bura xüsusilə, Ermənistan ordusunun Qarabağdan çıxarılması, habelə Zəngəzur dəhlizinin açılması məsələsi daxildir.
    Öz öhdəliklərini yerinə yetrirməyən Ermənistan əvəzində, müharibədən sonra Azərbaycan Ordusunun ələ keçirdiyi diversantların “hərbi əsir” kimi geri qaytarılmasını tələb edir. İş o həddə çatıb ki, artıq Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradov Ermənistan hökumətini yalan danışmaqda, təxribatda ittiham edib. Azpolitika bölgəmizdə və ümumilikdə MDB məkanında baş verən prosesləri politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib:

    - Zərdüşt bəy, 10 noyabr razılaşmasından sonra Hadrut istiqamətində ələ keçirilən erməni diversiya qrupuyla bağlı gərginlik davam edir. Rusiyanın bu məsələdə vasitəçiliyi də heç bir nəticə vermir və görünən budur ki, Azərbaycan dövlətinin məsələyə dair mövqeyi qətidir. 
    İş o həddə çatıb ki, sülhməramlıların komandanı Rüstəm Muradov da bu məsələylə bağlı davranışlarına görə erməni hökumətini ittiham edib. Bu baş verənləri necə xarakterizə edərdiniz və hansı həll variantlarını görürsünüz?

    - Azərbaycan tərəfinin mövqeyi anlaşılandır. Bakı üçtərəfli bəyanat imzalananda ona nail olmuşdu ki, Ermənistan Qarabağdan ordusunu çıxarması öhdəliyini öz üzərinə götürsün. Lakin Ermənistan nəinki oradan ordusunu çıxarmadı, əksinə, yenidən Qarabağa silahlı dəstələr, çağırışçılar göndərdi. Bizimkilər də onları ələ keçirərək, tərkisilah etdilər.
    Bakı deyir ki, siz nə zaman gəlmisiniz? 10 noyabr sazişindən sonra. Ermənistana deyilir ki, öhdəlik götürdüyün halda niyə başqa dövlətin ərazisinə ordu göndərirsən? Əlavə edir ki, müharibə gedəndə biz hərbi əsir götürmüşdük və onları qaytardıq. Amma bu, artıq diversiya qrupudur, onlar Azərbaycan ərazisinə keçdikdən sonra adam öldürüblər. Odur ki, bunlar terrorçudurlar və bu şəkildə də mühakimə ediləcəklər.

    Nikol Paşinyan erməni cəmiyyətinə deyə bilmir ki, mən səhv etmişəm. Həm də ona görə etmişəm ki, milli radikallardan çəkinirəm, ehtiyat edirəm. Əgər bunu etməsəydim, məni ittiham edəcəkdilər ki, sən “Artsax”dan əl çəkmisən. Bir sözlə, baş verənlər daxili siyasi mübarizə mövzusuna çevrilib.
    Ermənistanda bir qrup çalışır ki, hakimiyyətə qayıtsın və erməni xalqını yenə soysun. Köçəryan, Sarqsyan və digər əbləhlər bu haqda düşünür və diversantlar məsələsindən Paşinyana qarşı istifadə edirlər. Paşinyan isə istərdi ki, üçtərəfli sazişi yerinə yetirsin, heç Azərbaycan ərazilərinə də ordu göndərməsin.

    Amma çəkinir. Ehtimal edirəm ki, Paşinyan seçkiləri uda bilsə, iyunun 20-dən sonra daha qətiyyətli olacaq. Deyəcək ki, xalq mənə etimad göstərdi, üçtərəfli sazişi yerinə yetirirəm. Bu zaman Qarabağdakı ordunu da çıxarmağa başlayacaq. Bizimkilər də bundan sonra həmin diversantları azad edəcək. Başqa sözlə, hər iki tərəfin mövqeyinin məntiqi var. Bizim məntiqimiz odur ki, erməni qoşunu bizim ərazilərimizdə olmasın.

    - Sizcə, general Rüstəm Muradovun erməni hökumətini təxribatçı və yalançı adlandırması nədən xəbər verir?

    - Görünən budur ki, ermənilər “əsirlər” mövzusunda Muradovu əsəbləşdiriblər. O da bu səbəbdən fikrini sərt şəkildə çatdırıb. Buna baxmayaraq, erməni hökumətinin heç cınqırı da çıxmayacaq. Muradova nə deyə bilərlər? Hazırda tam olaraq Rusiyanın əlinin altındadırlar, ondan asılıdırlar.

    - Ötən həftə biz həm Robert Köçəryanın, həm də Nikol Paşinyanın Moskva səfərini izlədik. Vladimir Putin Köçəryanla 1 saat, Paşinyanla 3,5 saat müzakirələr aparıb. Sizcə, bu səfərlərin məqsədi nə idi və Moskvada kim nəyə nail ola bildi?

    - Kimin nəyə nail olduğunu məncə, 20 iyun seçkiləri göstərəcək. Mən əminəm ki, Paşinyan hakimiyyətdə qalacaq. Köçəryan camaatı boğaza yığmış biridir, ona səs verən yoxdur. Düzdür, pulu, tərəfdarları və silahlı dəstəsi, əlaqələri var. Amma sadə xalq onu istəmir.

    1996-cı ildə Boris Yeltsin 6 faiz reytinqlə gəlib prezident seçkilərini uddu. Köçəryan bu möcüzəni təkrar etmək istəyir, amma alınmayacaq. Vladimir Putinin Ermənistanda kimin hakimiyyətdə olması vecinə də deyil.

    İstər Paşinyan, istərsə də digəri olsun, fərq etmir. Çünki Ermənistan boğazında kəndir və əlində qandal Rusiyanın qarşısında diz çöküb. Rusiya üçün Ermənistanda hakimiyyətdə kimin olmasının fərqi yoxdur. Çünki Ermənistanın Rusiyadan savayı seçim imkanı da yoxdur.

    - Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, deputat Tural Gəncəliyevin Xankəndində ofis açacağı haqda fikirləri ciddi müzakirələr yaratdı. İndiki şəraitdə bu nə dərəcədə mümkün görünür?

    - Mən bunu zarafat kimi qiymətləndirirəm. Yox, nə vaxtsa bunlar olacaq. Buna şübhə yoxdur. Amma bu, sabah və ya bir aydan sonra olmayacaq. Mən əminəm ki, tədricən, şərait yetişəndən, bizim azərbaycanlı köçkünlər 7 rayona qayıdandan, həmin rayonları bərpa etdikdən, Qarabağ erməniləri ilə aramızda tədricən etimad yarandıqdan və əlaqələr başlayandan, bir sözlə, biz ayağımızı Qarabağ torpağına möhkəm qoyandan sonra deyəcəyik ki, Dağlıq Qarabağın şəhərlərindən, kəndlərindən, Xankəndindən çıxan azərbaycanlılar geri qayıtmalıdır. Onda deyəcəklər ki, olmaz? Yox! Ya normal vətəndaş kimi yaşayacaqlar, ya da çıxıb ərazilərimizdən getməli olacaqlar.

    - Daha bir məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Bakı bir neçə dəfə bildirib ki, İrəvan bu dəhlizin açılmasında maraqlı görünmür, hətta buna maneə yaradır. Baxmayaraq ki, üçtərəfli sazişdə həmin dəhlizin açılması nəzərdə tutulub...

    - Ona görə mane olmağa çalışırlar ki, qarşıdan parlament seçkiləri gəlir. Paşinyan indi açıq desə ki, Mehridən dəmiryolunun açılması üçün dəhliz verirəm, ona qarşı elə hücum başlayacaq ki, gəl, görəsən. Bu onun nəyinə lazımdır? Əgər Paşinyan seçkidən sonra hakimiyyətdə qalsa, bu layihə reallaşacaq.

    Fərz edək ki, Paşinyan uduzdu və getdi. Yerinə Köçəryan gəldi. Bu halda da Rusiya ona deyəcək ki, zəhmət çək imza at. O da imzasını atacaq. Çünki belə bir dəhliz Rusiyaya da lazımdır. Çinə, Türkiyəyə, Yaxın Şərqə çıxmaq üçün. Hələlik məncə bu prosesdə tələsmək lazım deyil. Siyasi, iqtisadi məsələləri həll edəndə müzakirələr gedir, razılaşmalar olur və s.

    Əminəm ki, Zəngəzurda dəmir yolu çəkiləcək, dəhliz açılacaq. Yanında avtomobil yolu da olacaq. Türkiyə ilə Naxçıvan üzərindən də dəmiryolu açılacaq. İndi faktiki Qars-Tiflis-Bakı dəmiryolu var. Naxçıvan yolu da olacaq. Bu, Ermənistana da xeyirdir. Sadəcə olaraq, onların xəstə təfəkkürdən xilas olmaları üçün zamana ehtiyacları var.



    - Ermənistan parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Andranik Köçəryan bəyan edib ki, Ermənistan Türkiyə ilə danışıqlara başlamalıdır, yoxsa bunu ermənilərin əvəzinə başqası edəcək. Komitə sədri “başqası” deyərkən kimi nəzərdə tutur və bunları söyləməkdə məqsədi nədir?

    - O, erməni cəmiyyətinə anlatmaq istəyir ki, Türkiyə ilə özümüz danışmalıyıq. Yoxsa, Rusiya özü bizim yerimizə Türkiyə ilə danışıqlar aparacaq və şərtləri müəyyənləşdirib uşaq kimi qarşımıza qoyaraq deyəcək ki, riayət edin. Tamamilə doğru mövqedir. Ermənilər indiyə qədər xülyalarla yaşayırdı, ruslar da bundan istifadə edərək onlardan alət kimi yararlanırdı.
    44 günlük müharibədən sonra Ermənistan məğlub oldu, onun ümidləri puça çıxdı. Bu nöqtədə onlar nəticə çıxarmalıdırlar ki, millət və dövlət kimi qalmaq istəyirlərsə, yaxın qonşuları ilə qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibət qursunlar. Başqa çıxış yolu yoxdur. Qonşuları arasında da ən güclüsü, nüfuzlusu və yaxını Türkiyədir.

    Diqqət edin, Azərbaycan 200 ilə yaxın müddətdə Rusiyanın tərkibində olub. Ermənilər isə 500 il Osmanlı Xilafətinin tərkibində yaşayıblar. Özü də bəy balası kimi yaşayıblar. 500 ilin üstündən xətt çəkdilər və gedib ruslara satıldılar. Əvəzində də cəzalarını aldılar. İndi ağıllarını başlarını yığıb Türkiyəni tanısınlar, ortaya ədalətli mövqe qoysunlar, nifrət bəsləməsinlər. Belədə, onların özləri üçün də yaxşı olacaq. Baxsınlar görsünlər Türkiyədəki ermənilər necə yaşayırlar.

    - Zərdüşt bəy, söhbət Rusiyadan düşmüşkən, indi Rusiya Ukrayna ilə müharibə vəziyyətindədir. Moldovada faktiki anti-Rusiya qüvvələri hakimiyyətə gəlib. Gürcüstanla münasibətlərin hansı vəziyyətdə olduğu məlumdur. Artıq Ermənistanda da anti-Rusiya ab-havası var. Sizcə, Rusiya ətrafında nə baş verir, bütün bunlar düşünülmüş planın təzahürüdür, yoxsa təsadüfən belə bir vəziyyət yaranıb?

    - Bunun günahı Rusiyanın özündədir. Rusiya hakim zümrəsi anti-rus ünsürlərdən ibarətdir. Onlar Rusiyanı qarət edirlər və rus dövlətinin, xalqının inkişafı haqqında düşünmürlər. Bu işin başında da Putin durub. Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar, Rusiyanı xilas edəcəklərini deyirlər və s.
    Üstəlik, xalqdan və dövlətdən oğurladıqlarını da Qərbə göndərirlər, ailələri, yaxınları da oradadır. Belə bir dövlət qonşuları üçün nümunə ola bilməz. Nümunə olmadığı üçün də bu xalqlar Rusiyaya bənzəmək, onunla birlikdə olmaq istəmirlər. Əksinə, Rusiyadan uzaqlaşmağa çalışırlar. Rusiya da bunu qəbul etmək istəmir.
    Bu səbəbdən də ciddi ziddiyyətlər meydana gəlib. Amma Rusiyanın da köhnə imperiya üsulları ilə idarə etmək imkanları sonsuz deyil. Bu imkanlar tədricən tükənir. Odur ki, Rusiya qonşu ölkələrlə münasibətlərində qarşıdurmaya gedir. Ən parlaq misal da Rusiyanın Ukrayna ilə indiki münasibətləridir.

    - Bəs, bu prosesdə Qərbin hansısa formada “barmağı” yoxdurmu?

    - Əlbəttə ki, var. Siz düşməninizin büdrədiyini görsəniz onu itələməzsiniz? Qərb bu vəziyyətdən istifadə edir.

    - Belə fikirlər səsləndirilir ki, Moskva Ukraynanı itirsə, bütövlükdə MDB-ni itirəcək...

    - Müharibə olmayacaq. Rusiyaya müharibə lazım deyil, çünki Ukraynada müharibəyə girişsə daha ağır itkilərə məruz qalacaq. Rusiya sadəcə, gərginliyi artırır, qarşı tərəfi hədələyir. Orada Rusiyanın 30 minə qədər qoşunu var. Bir az da Cənub Hərbi Dairəsinin ordusu var. Bunlar hamısı təzyiq vasitəsidir, rusların müharibə aparmaq fikri yoxdur.

    - Bəs, Moskva nə istəyir?

    - Nə istədiyini açıq şəkildə deyib. Ukraynaya deyib ki, sən NATO-nun üzvü olmayacaqsan, əgər olsan, səni məhv edəcəyəm. NATO da Ukraynaya deyir ki, səni üzvlüyə qəbul etməyəcəyəm. Amma Kiyev NATO-ya deyir ki, “sən məni sevməsən də, mən səni sevəcəyəm”. Ukrayna NATO-ya daxil olsa, bu zaman gətirib oraya elə raketlər qoyacaqlar ki, onlarla 2-3 dəqiqəyə Moskvanı vurmaq olacaq. Bu halda Rusiyanın 100 milyardlarla rubl xərcləyib qurduğu anti-raket sistemlərinin dəyəri olacaq bir qəpik.

    Ukrayna təhlükəsizliyini təmin etmək istəyirsə Rusiya ilə də normal əlaqə qurmalı, onun da maraqlarını nəzərə almalıdır. “NATO-ya gedirəm” deyən kimi Krımı itirdi, Donbasda münaqişə yarandı, düşmən doldu bu ərazilərinə, Rusiya bazarını itirdi, sənaysi, elmi dağıldı, xalqı zəif düşdü. Əgər istəyirsənsə, belə də davam et...

    - Siz də sanki Rusiyanın mövqeyindən çıxış edirsiniz, Ukrayna müstəqil dövlətdirsə addımlarını niyə Rusiya ilə razılaşdırmalı, əlaqələndirməlidir?

    - Yox, əvvəla müstəqillik mütləq məvhum deyil. Hətta ABŞ belə Çindən, Avropadan, müttəfiqlərindən asılıdır. Mütləq mənada müstəqillik yoxdur. Sən real siyasət həyata keçirirsənsə, bu, maraqların uzlaşması formasında baş verməlidir. Məsələn, Ukrayna - əgər sən istəyirsənsə ki, öz təhlükəsizliyini təmin edəsən, bu zaman Rusiyanın da təhlükəsizliyini nəzərə almalısan.
    Misal üçün Ermənistan bağırırdı ki, biz o əraziləri təhlükəsizliyimizi təmin etmək üçün tutmuşuq. Başlarına qapaz vurub həmin əraziləri geri aldıq. Çünki Ermənistanın mücərrəd təhlükəsizliyi yoxdur.
    Ermənistanın təhükəsizliyi dedikdə mütləq Azərbaycanın da təhlükəsizliyi nəzərə alınmalıdır. O cümlədən də Ukraynanın təhlükəsizliyi deyəndə Rusiyanın da təhlükəsizliyini nəzərə almalıdırlar. Bilirsinizmi, bunlar əslində siyasətin əlifbasıdır. Pisi odur ki, bundan başı çıxmayan adamlar siyasətlə məşğuldurlar.

    Rasim Əliyev

    Oxunub: 419
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.