İran nüvə obyektindəki qəzaya görə İsraili ittiham etdi
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İsraili “Nətənz” Atom Elektrik Stansiyasında təxribat törətməkdə ittiham edib və Tehranın buna görə cavab verəcəyini bildirib. Qafqazinfo xəbər verir ki, bu barədə “İRNA” məlumat verib.
İran XİN rəhbəri bildirib ki, bu addım İsrailin sanksiyaların qaldırılması prosesində İrana mane olmaq niyyətini göstərir.
İran XİN-in sözçüsü Səid Xətibzadə bu hücumu “İran ərazisində nüvə terrorizmi” kimi dəyərləndirib. Xətibzadə, həmçinin nüvə obyektindəki zədələnmiş avadanlıqların daha qabaqcıl olanlarla əvəzlənəcəyini də əlavə edib.
Xatırldaq ki, İranın Atom Enerjisi Təşkilatı aprelin 11-də “Nətənz” uran zənginləşdirmə zavodunda elektrik paylama şəbəkəsində qəza baş verdiyini açıqlamışdı .
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: