“Albert Rıjiy” ləqəbli azərbaycanlı avtoritet Moskvada qətlə yetirilib
Kriminal aləmdə “Albert Rıjiy” və “Albert Gəncəli” kimi tanınan və Sankt-Peterburqdan olan avtoritet Əli Heydərov bu gün Moskvada qətlə yetirilib.
Rusiya KİV-ləri xəbər verir ki, onu yaşadığı binanın idman zalında güllələyiblər.
Hücumda bir neçə nəfər iştirak edib və onlar qaçaraq hadisə yerindən uzaqlaşmağa müvəffəq olublar.
Qeyd edək ki, 1981-ci il fevralın 2-də Gəncədə anadan olan Əli Heydərov 2013-cü ildə qətlə yetirilən “Ded Xasan”ın klanına mənsub olub. Əli buna qədər ona qarşı törədilmiş üç sui-qəsddən salamat çıxsa da, dördüncüsündə həyatını itirib.
Oxunub: 419
Xəbəri paylaş
Paylaş: