Əfqanıstan üzrə İstanbul sammitinin yeni tarixi elan olunub
Əfqanıstan üzrə konfrans 24 aprel-04 may tarixlərində keçiriləcək. Bu barədə aprelin 13-də Türkiyə Xarici İşlər Nazirliyi (XİN) xəbər verib. İdarədə həm də qeyd ediblər ki, konfransda Əfqnstan hökumətinin və taliblərin nümayəndələri iştirak edəcək.
Xəbər verildiyi kimi, Əfqanıstan üzrə İstanbul sammitinin keçirilməsi aprelin 16-na planlanmışdı, tədbir aprelin 26-da başa çatmalı idi. Amerika Birləşmiş Ştatları (ABŞ) anons etmişdi ki, Kabulun və taliblərin nümayəndələrindən başqa konfransda BMT-nin çətiri altında Rusiyanın, Çinin, Pakistanın, İranın, Hindistanın nümayəndələrini də toplamaq mümkün olacaq və Əfqanıstanın sülh işləri üzrə nazirliyi sammitdə əfqan siyasətçilərin Baydenin təklif etdiyi sülh planına, xüsusilə də Əfqanıstanda müvəqqəti hökumətin yaradılmasına yönəlik mövqeyini elan edəcək.
Ancaq bu ərəfədə «Taliban» nümayəndəsi bəyan edib ki, onlar sülh konfransında iştirak etməyəcəklər. Bu, Əfqanıstan barışığı üzrə ABŞ-ın bütün səylərini təhlükə altına almış olub.