İslam Əməkdaşlığı Təşkilatından Trampa şok –
Plan rədd edildi
İslam Əməkdaşlığı Təşkilatı baş katibi Yusif bin Əhməd əl-Useymin təşkilat üzvlərinin xarici işlər nazirləri səviyyəsində keçirilən görüşündə Fələstin xalqının tələblərinə cavab verməyən, sülhlə həll yolu və beynəlxalq qanunlara zidd hər hansı addımı qəbul etməyəcəklərini deyib.
Useymin “Fələstin məsələsinin İƏT-in prioriteti” olduğunu bildirib. Baş katib Fələstin məsələsində beynəlxalq hüququn üstünlüyünü təmin edən və regionda sülhü təmin edəcək ədalətli və hərtərəfli beynəlxalq həll yolunu dəstəklədiyini qeyd edib.
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki də ABŞ prezidenti Donald Trampın “sülh planı”nı qəti şəkildə rədd etdiklərini bildirib:
“ABŞ-ın və kolonialist İsrailin Fələstin xalqının hüquqlarını inkar və ilhaqını qəbul etməyib, bunları heç bir formada nəzərə almayacağıq”.
Plana dəstək verilməsini “düşmən ilə normallaşma” kimi qiymətləndirən Maliki planın birtərəfli və tamamilə İsrail maraqlarına xidmət etdiyini, bu səbəbdən qəbul olunmasının mümkünsüzlüyünü qeyd edib. O, islam dünyasına müraciət edərək, fələstinlilərə və Əqsa məscidinə dəstək vermələrini istəyib.
İƏT-n iclasında çıxış edən Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal Fərhan bu sözləri deyib:
“Səudiyyə Ərəbistanı Fələstin xalqına verdiyi dəstəyi bir daha qeyd edir. Qardaş Fələstinin xalqı və onun beynəlxalq qərarlarını hər sahədə dəstəkləməyə davam edəcəyini də vurğulayıb”.
Fərhan paytaxtı şərqi Qüds olan tam suveren və müstəqil Fələstin dövlətinin yaradılması məsələsində Fələstini dəstəkləməyə davam edəcəyini bildirib.