Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
"GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
“MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
Ramiz Mehdiyevə verilən bütün FƏXRİ ADLAR və TƏLTİFLƏR Prezident.az-dan SİLİNDİ
Press-fakt.az
    
  • Güc balansı dəyişir:
    Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
  • 
  • VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR -
    VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR - ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib
  • 
  • ABŞ və Çin "Ay yarışı"na başladı -
    ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
  • 
  • "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
    "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
  • 
  • İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
    İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
  • 
  • Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ - 
    Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
  • 
  • Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
    Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
  • 
  • Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü -
    Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü - Qafqazda İLK
  • 
  • Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: 
    Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:  “...2 ilə mümkündür”
  • 
  • Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur -
    Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
  • 
  • SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -
    SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -  Nədə ittiham olunur?
  • 
  • "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
    "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
  • 
  • Britaniya şahzadəsi tituldan məhrum edildi -
    Britaniya şahzadəsi tituldan məhrum edildi - Kral sarayından da uzaqlaşdırıldı
  • 
  • "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"-
    "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"- Baş katib
  • 
  • "Bu qədər tez yoldan çıxdınız?" - 
    "Bu qədər tez yoldan çıxdınız?" -  Lüks avtomobilləri görən prezident qəzəbləndi
  • 
  • Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi:
    Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi: Müavin, köməkçilər və baş memar saxlanmayıb...
  • 
  • "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"-
    "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"- Ekspert
  • 
  • "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək - 
    "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək -  5 ay Rusiya əsirliyində olub
  • 
  • SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar -
    SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar - MOSSAD
  • 
  • “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
    “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
  • 
  • Taksi sürücüləri üçün imtahan keçiriləcək -
    Taksi sürücüləri üçün imtahan keçiriləcək - DİM
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • QUBADLIDA BİR HEKTAR DA BOŞ YER QALMADI, İŞĞALÇILAR CƏBRAYIL VƏ FÜZULİ TORPAQLARINI DA ƏKİB-BECƏRİR (FOTOLAR)
  • Ermənistan üçün pul yığan, lobbiçilik edən Ttamp əleyhdarları hansı üzlə söz sahibidir?” – ABŞ mediasında demokratların ifşası
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Heydər Əliyevin Təbriz səfəri niyə baş tutmadı? – Haşimi Rəfsəncaninin gündəliyindən
  • Səfir: “İranın ali dini rəhbəri, MM-in sədr müavini, iki nazirimiz Azərbaycan əsillidir”
  • QARABAĞA DAİR “LAVROV PLANI”NIN DETALLARI ÜZƏ ÇIXDI - Rusiya nə istəyirmiş və plan niyə baş tutmayıb?

    • Tarix: 21-12-2019, 15:41


    Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş və nüfuzlu beyin mərkəzi hesab edilən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair növbəti hesabat yayıb.

    Uzunmüddətli araşdırmaların nəticəsi olaraq hazırlanan hesabatda deyilir ki, Yerevanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar barədə əvvəlcə yaranan optimizm özünü doğrultmasa da tərəflər bəzi məqamlarla bağlı irəliləyişlər əldə edə bilərlər. Bunun üçün tərəflər “sakit, amma sürətli” danışıqlar aparmalıdır.
    Virtualaz.org xəbər verir ki, hesabatın bölümlərindən biri də münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi barədədir. Təşkilatın analitikləri hesabatın “Rusiyanın rolu” bölməsində bu mövzunu təhlil edirlər.



    Qeyd olunur ki, Azərbaycan və Ermənistanın Rusiya qüvvələrinin hər hansı sülhməramlı missiyada dominatlığından ehtiyat etməsi regionda sülhməramlıların yerləşdirilməsinə əsas maneədir.
    “Rusiya Dağlıq Qarabağ münaqişəsinə dair vasitəçilik missiyasında on illərdir aparıcı rola malikdir. O, yeganə regional dövlətdir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə hazır olduğunu publik şəkildə ifadə edib. Ən azından iki dəfə-bir dəfə 1994-cü ildə Bişkekdə atəşkəs razılaşmasının imzalanmasından sonra, bir dəfə isə yaxın keçmişdə, 2015-ci ildə Qarabağda sülhməramlı qüvvələr yerləşdirməyə hazır olduğunu tərəflərə çatdırıb. İndiki və keçmiş Rusiya rəsmi şəxsləri deyirlər ki, Rusiyanın rəhbərliyi ilə sülhməramlı qüvvələrin yerləşdirilməsi hətta əhatəli sülh razılaşması imzalanmadan da sonrakı hərbi əməliyyatların qarşısını ala bilər”,-hesabatda deyilir.



    İCG qeyd edir ki, bununla belə Dağlıq Qarabağda Rusiya qoşunlarının yerləşdirilməsi Ermənistan və Azərbaycan tərəfdən ayrı-ayrılıqda, yaxud hər ikisi tərəfindən eyni vaxtda rədd edilib. Hər iki tərəf ehtiyat edir ki, Rusiyanın rəhbərlik etdiyi sülhməramlı missiya münaqişəni həll etməyəcək, əksinə, yeni təhlükələr meydana çıxaracaq.
    “Skeptiklər iddia edirlər ki, sülhməramlılar Rusiyanın regionda hərbi iştirakını təmin etmək və pərdələmək üçün istifadə ediləcək. Yerevan və Bakı habelə ehtiyat edirlər ki, Rusiya hərbi missiyası onların suverenliyini zədələyə, Moskvadan asılılığını artıra bilər. Hər iki ölkə Rusiya ilə yaxşı münasibətlərə malikdir, Kreml hər iki tərəfə silah satır və daha geniş regionda (o cümlədən Türkiyə, İran və Gürcüstanda) öz təsir imkanlarını gücləndirmək üzərində işləyir. Və tərəflərdən heç biri Moskvanın sülhməramlılar barədə motivlərinə tam etibar etmir”,-hesabatda vurğulanır.
    İCG daha sonra hesabatında göstərir ki, Rusiya sülhməramlılarının regionda yerləşdirilməsinə dair sonuncu təklif “Lavrov planı” adlanan sənəddə əksini tapıb. Həmin plan ilk dəfə 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən müzakirəyə təqdim edilib və 2016-cı ildə təsdiqlənib. Amma 2016-cı ildə Qarabağda hərbi əməliyyatların alovlanmasından sonra planın mövcudluğu heç vaxt Kreml tərəfindən rəsmən etiraf edilməyib.



    “Plan Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında yerləşdirilməsini və erməni qoşunlarının ətraf rayonlardan tədricən çıxarılmasını, regiona qeyri-müəyyən müddətə “müvəqqəti status” verilməsini nəzərdə tuturdu. Lakin plan Dağlıq Qarabağın yekun statusuna dair referendumun necə baş tutacağına və yekun hüquqi statusun necə olacağına aydınlıq gətirmirdi”,-hesabatda deyilir.
    Təşkilat hesabatında göstərir ki, Azərbaycan liderləri Rusiyanın regionda hərbi iştirakına qarşı olan ənənəvi mövqeyindən geri çəkilərək əvvəlcə bu konsepsiyanı dəstəkləyib, emid edib ki, plan ətraf rayonların qaytarılmasının və münaqişə regionundakı erməni qüvvələrinin sayının azalmasının əsasını qoyacaq.
    “Bakının Rusiya təklifini nəzərdən keçirməyə hazır olması, Moskvanın roluna və silahlı sülhməramlılara dair qeydlərinə, tərəddüdlərinə baxmayaraq, həm də onu əks etdirir ki, Qərbin regiondakı maraqları hansısa xarici qüvvənin cəlb edilməyəcəyi mənasını vermir. Zamanla Azərbaycan hakim elitası getdikcə belə qənaətə gəlməyə başladı ki, Rusiya münaqişənin istənilən nizamlanmasının tərkib hissəsi olacaq. 
    Doğrudan da 2016-cı ildə Azərbaycan hökuməti Rusiyanın rəhbərliyi ilə Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə açıq idi, ümid edirdi ki, bu qüvvələr erməni işğalçı qüvvələrini əvəz edəcək və Azərbaycanın nəzarətinə qaytarılan ərazilərə köçürülən əhalinin təhlükəsizliyini təmin etməyə imkan verəcək. Lakin Yerevan bu təklifi rədd etdi”,-sənəddə bildirilir.



    Hesabata əsasən Yerevan üçün əsas problem bundan ibarət olub ki, Dağlıq Qarabağın yekun statusunun necə olacağı aydınlaşdırılmırdı. Habelə erməni liderləri ehtiyat edirdi ki, regionda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi Dağlıq Qarabağın “gələcək müstəqilliyi perspektivlərinin” üstündən xətt çəkə bilər.
    “Xəbərlərə görə, Ermənistanın bəzi rəsmi şəxsləri təklifin Azərbaycanın maraqlarına uyğun olduğunu bildirməklə hətta bəyan ediblər ki, sənəd Bakıda tərtib edilə bilərdi”,-hesabat müəllifləri vurğulayır.
    İCG qeyd edir ki, “Lavrov planı” hazırda müzakirə mövzusu deyil. Ermənistan nəinki bu planı rədd etməkdə davam edir, eyni zamanda Azərbaycan da sülhməramlılar barədə əvvəlki mövqeyinə geri qayıdıb. Rəsmi Bakı regionda tərkibində təkcə Rusiyanın yox, bir neçə ölkənin hərbi kontingentləri olan “balanslaşdırılmış sülhməramlı qüvvələrin” yerləşdirilməli olduğunu bildirir.
    “Hətta Bakıda bir çoxları köhnə formula geri qayıdıblar, bildirirlər ki, əgər həmsədr-ölkələr sülhməramlı qüvvələrə töhfə verəcəksə onların hər birinin fərdi töhfəsi personalın 10 faizindən çox olmamalıdır. Üstəlik sülhməramlılar silahsız olmalıdır. Ermənistana gəldikdə isə o, əvvəlki kimi danışıqların gedişində (yəni razılaşmanın əldə olunmasından sonra deyil) Rusiyanın iştirakı ilə çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsini dəstəkləməyə hazırdır, ancaq o şərtlə ki, missiya silahsız olsun, ancaq müşahidə aparmaq mandatı verilsin və erməni qoşunlarının regiondan dərhal çıxarılmasını tələb etməsin.



    Ona görə də hesabat müəllifləri belə qənaətə gəlirlər ki, ATƏT-in planlaşdırma missiyası gələcəkdə sülhməramlı qüvvələr barədə planlaşdırma aparanda Ermənistanın və Azərbaycanın iri Rusiya kontingenti barədə qayğılarını nəzərə almalıdır. “Lakin Bakının və Yerevanın etirazları heç də Rusiyanın mühüm rolunu istisna etmir. Azərbaycanın “Lavrov planı”ına dair əvvəlki mövqeyi ən azından onu göstərir ki, Bakı müvafiq şərtlərlə Rusiyanın rəhbərlik etdiyi missiyaya razılıq verə bilərdi. Bununla belə Beynəlxalq Planlaşdırma Qrupu tərəflərin Rusiyanın ifrat təsiri ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün sülhməramlı missiyanın tərkibində hansısa dövlətin üstünlük təşkil etməməsini əsas götürməli, qarışıq beynəlxalq qüvvələr barədə forumulu əsas götürməlidir”,-İCG belə qənaətə gəlir.
    Qeyd edək ki, Qarabağa dair “Lavrov planı”nın mövcudluğu barədə bir neçə ildir danışılırdı. Rusiya tərəfi belə planın mövcudluğunu rəsmən təsdiq etməyib, erməni tərəfi də “Lavrov planı” adlı sənəd görmədiyini dəfələrlə bildirib. Amma Bakıdan belə sənədin olduğunu bir neçə dəfə deyiblər. Həmin sənədin “Madrid prinsipləri”inə əsaslandığı bildirilirdi və indi məlum olur ki, əsas müddəası regionda Rusiya kontingentinin yerləşdirilməsi barədə olub. Və erməni tərəfi bu planı rədd edib...
    Belə planının mövcudluğu barədə ötən il Belarus prezidenti Aleksandr Lukaşenko da danışmışdı. Demişdi ki, Yerevanda KTMT sammiti zamanı Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyana Dağlıq Qarabağ ətrafındakı rayonların bəzilərinin qaytarılmasını təklif etmişdi. Sərkisyan isə bununla razılaşmayıb demişdi ki, guya Azərbaycan qoşunları qaytarılan ərazilərdə möhkəmlənib sonradan Xankəndi üzərinə hücuma keçər. Bu zaman Putin ona Rusiya ordusunun hadisələrin bu cür inkişafına imkan verməyəcəyini desə də Sərkisyan yenə razılaşmamışdı.

    Oxunub: 801
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      01-11-2025
      09:40 | 10 milyon dollarlıq qızıl unitaz satışa çıxarılır - “Sərvətin simvolu” kimi deyil...
      09:35 | Yaşı 100-ü ötənlərin ortaq sirri: Hamısı bu qidanı yeyir
      09:30 | Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
      09:00 | VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR - ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib
      08:55 | Pentaqon “Tomahawk” raketlərinin Ukraynaya tədarükünü təsdiqləyib - Tramp qərar verəcək...
      08:45 | Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniyanın səmasını qoruyacaq
      01:00 | ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
      00:55 | "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
      00:50 | İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
      00:45 | Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
      00:40 | ABŞ hərbi zərbələr endirəcək -  Hədəflər açıqlandı
      00:35 | Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
      00:30 | Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü - Qafqazda İLK
      00:25 | Moskvada “İstanbul mafiyası”nın lideri saxlanıldı -  Azərbaycanlı imiş
      00:20 | “AQRAR SEKTORDA 100 MİNLƏRLƏ QEYRİ-FORMAL İŞÇİ VAR...”- “Asan və çevik mobil tətbiq yaradılmalıdır”
      00:15 | Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:  “...2 ilə mümkündür”
      00:10 | Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
      00:05 | Qarabağ separatçılarının məhkəmə istintaqı başa çatıb
      00:00 | SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -  Nədə ittiham olunur?
      31-10-2025
      20:41 | "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
      15:30 | Deputat narazılıq etdi: "AZƏRBAYCANDA 600 MƏKTƏBİN DİREKTORU YOXDUR" -  "Hər dəfə yeni metodologiya kəşf olunur..."
      15:25 | Britaniya şahzadəsi tituldan məhrum edildi - Kral sarayından da uzaqlaşdırıldı
      15:20 | "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"- Baş katib
      15:15 | "Bu qədər tez yoldan çıxdınız?" -  Lüks avtomobilləri görən prezident qəzəbləndi
      14:15 | Tramp ABŞ-yə gələn qaçqın sayına limit qoydu - İldə cəmi 7500 nəfər...
      14:00 | “PUTİN VARSA, RUSİYA VAR”MI?- yaxud, Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?
      13:45 | Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi: Müavin, köməkçilər və baş memar saxlanmayıb...
      13:15 | İran-Azərbaycan quru sərhədi açıla bilər?- Araqçı danışdı
      13:00 | "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"- Ekspert
      12:45 | 2025-ci ildə Azərbaycanın qızıl ixracı 2 dəfə artıb
      12:30 | “Bir gün Azərbaycan liderinin nitqini İRƏVANDA EŞİTSƏNİZ, BİLİN Kİ...”- “İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb”
      12:15 | "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək -  5 ay Rusiya əsirliyində olub
      12:10 | SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar - MOSSAD
      12:00 | “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
      11:55 | Taksi sürücüləri üçün imtahan keçiriləcək - DİM
      11:45 | Ceyhun Bayramov Səmərqənddə gürcüstanlı həmkarı ilə görüşdü
      11:40 | Ermənistan Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayırmadı
      11:35 | Rusiyanın bir neçə regionu dron hücumuna məruz qalıb -  Bu ərazilərdə partlayışlar olub
      11:30 | Bakıda tanınmış müğənni yol qəzasında həyatını itirdi - VİDEO/FOTO
      11:22 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      11:15 | HƏBS OLUNAN sabiq İH başçısının VƏKİLİ DANIŞDI: “Bir onu deyə bilərəm ki…”
      11:10 | Azərbaycanda suya da limit tətbiq ediləcək
      11:05 | Elm və Təhsil Nazirliyində yoxlamalara başlanıldı
      11:00 | Ramiz Mehdiyevin gəlini işindən uzaqlaşdırılıb - Əhliman Əmiraslanov təyin etmişdi...
      00:40 | Tacikistan spikeri:  Azərbaycan beynəlxalq platformaların mərkəzidir!
      00:35 | "Qırmızı Komando" təşkilatına QARŞI ƏMƏLİYYAT -  ən azı 132 NƏFƏR ÖLDÜ
      00:30 | Dağıstanlı deputat Ukraynaya qarşı döyüşməyə getdi
      00:28 | Erməni müdafiə naziri Azərbaycanla sərhədə gəldi
      00:25 | Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”
      00:20 | Həbs edilən icra başçısı bu məmurun DAYISI İMİŞ
      00:15 | “ŞƏXSİ AMBİSİYALARININ TƏSİRİ İLƏ YOLUNU AZIR...”- Eldar Əzizov da Ramiz Mehdiyevi “vurdu”
      00:10 | Bill Qeyts bəşəriyyəti məhv edəcək SƏBƏBİ AÇIQLADI: İqlim dəyişikliyi deyil...
      00:05 | Ukraynaya müharibəni davam etdirmək üçün 389 milyard dollar lazımdır
      00:03 | "Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün dialoq aparır" -  Zaxarova
      00:00 | Həyat yoldaşının başını qırxan Tamerlan Məmmədov həbs olunub
      30-10-2025
      19:00 | TRAMP VƏ Sİ NƏDƏ RAZILAŞDILAR? - “Bu, möhtəşəm görüş idi”
      18:00 | “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”- Keçmiş deputatdan nazirliyə ağır ittiham
      17:55 | "LUKOİL" BİTDİ? -  Vahid Ələkbərovun neft imperiyasına SARSIDICI ZƏRBƏ
      17:40 | Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı: Həm Prezident Administrasiyası, həm də DTX...
      17:00 | “KÖHNƏ” İCRA BAŞÇILARINDAN KİMLƏR QALDI?- 30 ildir başçı postunu tutan şəxslər var - ADLAR
      16:50 | İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
      16:40 | "GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
      16:15 | Azərbaycanın adından milyonlarla dollar...- İrəvanda ermənilərin görünməmiş fırıldağı
      16:10 | Saleh Səmədovun qardaşı da həbs edildi - digəri axtarışa verilib
      16:05 | “MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
      16:00 | “Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”- İsrailin keçmiş Baş naziri
      15:55 | “Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”- Sandu narahatdır
      15:50 | Türkiyə Böyük Britaniyadan 20 ədəd "Eurofighter" alacaq - Nə qədər vəsait ödəniləcəyi açıqlandı
      15:46 | "Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur" -  İcraçı direktor
      15:35 | DTX "Hürriyyət"in REDAKSİYASINDA ƏMƏLİYYAT KEÇİRİB -  Vüqar Məmmədov SAXLANILIB
      15:30 | “Hətta elə vaxtlar olub ki...”- Baləkənin deputatı icra başçısının həbsindən danışdı
      15:25 | Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
      12:30 | Gəncə Dövlət Universiteti bağlanır?- Bir cavab və bir şərh
      12:00 | Elm və Təhsil Nazirliyi: Məktəb direktorları yeni qaydalarla seçiləcək
      11:55 | MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ -  ŞƏRTLƏR
      11:44 | Balakən İcra Hakimiyyətində ƏMƏLİYYAT: DTX-nin saxladığı İCRA BAŞÇISI KİMDİR?
      11:30 | Əfqanıstanla danışıqlar həll gətirmədi - Attaullah Tarar
      11:25 | Ermənistan Baş naziri: Xəzər dənizinə çıxış əldə edəcəyik
      11:00 | Ramiz Mehdiyevə verilən bütün FƏXRİ ADLAR və TƏLTİFLƏR Prezident.az-dan SİLİNDİ
      10:55 | “PUTİN BUNU ETSƏ, MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”- NATO ölkəsindən Kremlə XƏBƏRDARLIQ
      10:45 | Sərhədlərin açılması üçün heç bir maneə yoxdur -  Paşinyan
      10:30 | Tramp Çin lideri ilə görüşdü -   Ticarət rüsumları, çiplər, “TikTok” müzakirəsi
      10:20 | Yerli bazarda balığın bahalaşmanın səbəbi -  İxtioloq AÇIQLADI
      10:05 | Kişilərin ürəyi daha zəif olur - Kardioloq səbəbini İZAH ETDİ
      09:45 | DSMF-nin "işçisi"ndən PENSİYA DƏLƏDUZLUĞU - 3 nəfərdən 26 000 alana... ŞƏRTİ CƏZA
      09:30 | Təyyarələr niyə arxalarında ağ izlər buraxır?- Az adamın bildiyi gizli təhlükə
      09:15 | "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması 10-20 il çəkə bilər
      09:10 | Məzahir Pənahov yola salınır - Yeni sədr o olacaq
      09:05 | Son 3 ildə Ukrayna ordusundan qaçanların sayı AÇIQLANDI - Şok RƏQƏM
      09:00 | Fəzail Ağamalının qızı həm DEPUTATDIR, həm də ŞİRKƏT RƏHBƏRİ - QANUN POZUNTUSU...
      08:55 | Prezident bu məhkəmələrə yeni hakimlər təyin etdi - ADLAR
      08:53 | Rusiyanın altı hava limanında uçuşlar dayandırılıb
      08:50 | Si Cinpin və Tramp Cənubi Koreyada görüşüb
      08:45 | Gürcüstan Prezidenti üç müxalifət partiyasının bağlanmasını dəstəkləyib
      29-10-2025
      21:00 | Etibar Məmmədov 2003-cü ildə İSA QƏMBƏRƏ NƏ TƏKLİF EDİB?- Sensasion Ramiz Mehdiyev detalı
      19:00 | Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri -  SİYAHI
      18:30 | ELTON MƏMMƏDOV BAŞ PROKURORLUĞA ÇAĞIRILDI - Mənimsədiyi 3 milyon manatı geri qaytarıb
      18:25 | Rusiya yanvardan 877 min hərbçi itirib, amma Putin DAYANMIR - "NBC News"
      18:15 | Azərbaycanda aliment ödəyən qadınların sayı AÇIQLANDI
      16:30 | Pakistan Baş naziri Azərbaycana səfər edəcək -  Zəfər paradında iştirak edəcək
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.