Suriyada Türk əsgərlərinə hücumda Rusiya izi:
Putin nəyin axtarışındadır? – İdlib hücumu Ərdoğana mesajdırmı?
Xəbər verdiyimiz kimi, Suriyanın İdlib şəhərində Əsəd rejimi ordusunun intensiv artilleriya atəşi nəticəsində 4 əsgəri Türk şəhid olub, 9 əsgər isə yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərindən əvvəl təşkil edilən bu xain hücum Rusiyanın mesajı kmi şərh edilib. Qeyd edək ki, Türkiyə Krımın Rusiya tərəfindən ilhakına şiddətlə qarşı çıxırdı.
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bölgədəki qarşıdurmaların qarşısını almaq üçün göndərilən əsgərlərin Əsəd rejimi ordusu tərəfindən artileriya atəşləri ilə vurulduğu bildirilib.
Baş verən hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya hərəkət etməzdən əvvəl jurnalistlərə açıqlamasında İdlibdə Suriya hökumət qoşunlarının hücumu nəticəsində 4 türk hərbçisinin öldürüldüyü, 9 nəfərinin yaralandığı insidentə münasibət bildirib.
“Bu tərzdə alçaq hücumlarla Türkiyənin qətiyyətini sınayanlar böyük səhv etdiklərini başa düşəcəklər. Türkiyə bu hücumların cavabını artıqlaması ilə verməyə davam edir. Ölkəmizin, millətimizin və idlibli qardaşlarımızın təhlükəsizliyinin təmini üçün apardığımız əməliyyatları davam etdirməkdə qərarlıyıq"
Ərdoğan Rusiya dairələrinə "Burada qarşı tərəf siz deyilsiniz, tamamilə rejimdir. Qarşımızı kəsmək kimi bir vəziyyət olmasın. Biz şəhid verərkən səssiz qalmağımız mümkün deyil" deyə səslənib.
"Ərazidə həm rus, həmi bizim generallar var. Generallarımız lazımı danışıqları apardı. Bu danışıqlara istinad edərək əməliyyat aparırıq. 46 rejim hədəfinə 122 “Fırtına” ÖAQ, 100 minaatanla zərbə endirilib. Əməliyyat qətiyyətlə davam edir. Bunlara qarşı susmağımız mümkün deyil. Hesab soruşmağa davam edəcəyik. F-16-larımız daxil olmaqla “Fırtına” ÖAQ-larımız ərazidədir. İlkin məlumata görə, Suriya tərəfində 30-35 nəfər zərərsizləşdirilib. Müəyyən edilən 40-a yaxın nöqtə əməliyyatın davamlı hədəfləri arasındadır. Nöqtə qoymaq olmayacaq, əməliyyat davam edəcək” - Ərdoğan deyib.
Ərdoğan Ukrayna üçün Rusiya ilə siyasi qarşıdurma məsələsi olan Krım barədə “Qeyri-legitim ilhaqını tanımadıq, tanımayacağıq” deyib.
Xain hücumun Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfərindənəvvəl baş verdiyi diqqət çəkib. Türkiyə əhalisinin əksəriyyəti tatarlar olan Krımın Rusiya tərəfindən ilhaqına qətiyyətlə qarşı çıxırdı.
Son hücum Ərdoğanın Ukraynaya səfərindən öncə Moskvanın Ankaraya bir mesajı kimi qiymətləndirilir. Hadisəni dəyərləndirən mütəxəssislər Əsədin Rusiyanın icazəsi olmadan belə bir hücumu gerçəkləşdirmədiyini bildirirlər.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edib. Dövlət başçısını bu səfərdə Xəzinə və Maliyyə naziri Berat Albayraq, Ticarət naziri Bakanı Ruhsar Pekcan, Ədliyyə naziri Əbdülhəmid Gül, Prezident Adminstarsiyasının İctimai Əlaqələr İdarəsinn rəhbəri Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayiət edir.
Ərdoğan Kiyevə rəsmi səfəri çərçivəsində Türkiyə-Ukrayna Yüksəksəviyyəli Starateji Şurasının 8-ci toplantısında iştirak edəcək. Həmçinin Türkiyə və Ukrayna prezidentlərinin təkbətək və geniştərkibli görüşləri keçiriləcək.
Səfər zamanı Krım türklərinin vəziyyəti barədə fikir mübadiləsi aparılacaq və Ukrayna ilə strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş yeni işbirliyi imkanları müzakirə ediləcək.