Hindistanda koronavirus xəstələrinin sayı rekord qırıb -
bir gündə 217 353 yoluxma...
Hindistanda son bir sutka ərzində 217 353 nəfər koronavirusa yoluxub, 1 100 nəfərdən çox xəstə ölüb.
“RİA Novosti” xəbər verir ki, bu, ölkədə pandemiyanın başlamasından bəri sutka ərzində ən böyük xəstə və ölü sayıdır.
Hindistan koronavirusa yoluxmaların sayına görə dünya üzrə ikinci yeri tutur.
Son məlumatlara görə, ümumilikdə, ölkədə 14 milyondan çox insanda koronavirus aşkar edilib, 174 min nəfər koronavirus səbəbindən ölüb.
Oxunub: 368
Xəbəri paylaş
Paylaş: