İsrail ordusu HƏMAS-ın mövqelərinə zərbələr endirdi
İsrail ordusu şənbə gecəsi Qəzza zolağından raket atmasına cavab olaraq HƏMAS radikal Fələstin hərəkatının mövqelərinə zərbələr endirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
"Qəzza zolağından atılan raketə cavab olaraq İsrail ordusunun qırıcıları və hərbi helikopterləri "HƏMAS"ın bir sıra hərbi məqsədli obyektlərinə zərbələr endiriblər", - məlumatda deyilir.
Xatırladaq ki, bundan əvvəl Qəzza zolağından İsrail ərazisinə bir raket atıldığı barədə məlumat verilib.
Oxunub: 441
Xəbəri paylaş
Paylaş: