Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradır...- FOTO

“Dağlıq Qarabağ polisi bütün yollarda yeni nəzarət məntəqələri yaradacaq”.
“Sputnik Armeniya”nın yazdığına görə, bu barədə şənbə günü Azərbaycan torpaqlarında Rusiya hərbçilərinin qucağında oturmuş separatçı-terrorçu tör-töküntülərinin qanunsuz “polis”inin mətbuat xidməti “Facebook”-da məlumat yayıb.

Qeyd olunur ki, aprelin 16-da qondarma “Qarabağ “polis”inin rəisi polkovnik Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndin-Şuşakənd nəzarət-keçid məntəqəsində olub.
Məlumata görə, Qarabağda Azərbaycan tərəfinin baxış bucağında olan ərazilərinin monitorinqinin gücləndirilməsi planlaşdırılır.

Bundan əvvəl isə separatçıların “daxili işlər naziri” sayılan Karen Sarkisyanın əmri ilə Şuşakənd (“Şoş”) – Dağyurd (“Saruşen”) - Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib.
Oxunub: 376
Xəbəri paylaş
Paylaş: