Pentaqonun başçısı ordunun Əfqanıstandan çıxarılmasına qarşı çıxıb -
“The Wall Street Journal”
Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin ABŞ ordusunun Əfqanıstandan çıxarılmasının əleyhinə çıxış edib.
Məlum olduğu kimi, amerikalı hərbçilər bu ölkəni mayın 1-dən sentyabrın 11-ə qədərki müddət ərzində tərk etməlidir. Bu barədə aprelin 17-də «The Wall Street Journal» qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, Ostin Co Baydenə məruzə edib ki, ABŞ-nın bir neçə hərbçi rəisi Ağ Evin ordunu Əfqanıstandan çıxartmaq barədəki planlarından narahatlıqlarını ifadə edirlər. Qəzet bildirir ki, onların sırasına ABŞ Silahlı Qüvvələri (SQ) qərargah rəisləri Komitəsinin sədri general Makr Milli, ABŞ SQ Mərkəzi Komandanlığının başçısı general Kennet Franklin Makkenzi, Birliləşmiş Ştatların və NATO-nun Əfqanıstandakı ordu komandanı general-leytenant Skott Miller də var.
Qəzetin materialında bildirilir ki, Ostin Baydeni xəbərdar edib ki, ABŞ SQ-nmn Əfqanıstandan çıxarılması ilə faktiki olaraq, ölkədə onsuz da kövrək olan sabitliyin dəstəklənməsi dayanacaq.
Baydenin Müdafiə Nazirliyinin başçısı və Qərargah Rəisləri Komitəsnin sədri ilə ziddiyyət təşkil edən qərar qəbul etməsi aprelin 6-da məlum olub. Qəzetin məlumatına görə, ABŞ prezidenti israr edib ki, ABŞ SQ-nin bu ölkədən çıxarılması Əfqanıstanda döyüş əməliyyatlarının başanmasından qaçmağa ən yaxşı kömək olacaq.
Aprelin 14-də Bayden elan edib ki, mayın 1-də Birləşmiş Ştatlar ordunu Əfqnıstandan çıxarmağa başlayacaq. Bu zaman əvvəlcə ehtimal edilirdi ki, bu tarixə qədər ABŞ əsgərləri tam heyətdə ölkəni tərk edəcək. ABŞ kontngentinin çıxarılmasının rəsmi müddəti sentyabrın 11-də (2021) başa çatır.
NATO-da bəyan ediblər ki, alyans da öz hərbçilərini Əfqanıstandan çıxarmaq niyyətindədir. Alyansda qeyd edildiyi kimi, missiyanın başa çatması bölgədə situasyanın siyasi tənzimlənməsi prosesinin barpası fonunda baş verir.
Əfqanıstanın prezidenti Əşrəf Qani bildirib k, o, Birləşmiş Ştatların niyyətinə hörmətlə yanaşır və ABŞ həmkarları ilə əməkdaşlığa hazırdır.