“ABŞ Əfqanıstandakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarır” – "NBC News" telekanalı

Bu barədə “NBC News” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Pentaqon gələn həftə 4000 hərbi qulluqçunu Əfqanıstandan çıxarmaq niyyətindədir. Bu, ABŞ-ın həmin ölkədəki hərbi kontingentinin üçdə bir hissəsidir.
Qoşunların çıxarılması prosesi tədricən həyata keçiriləcək və bir neçə ay sürəcək.
Telekanalın məlumatına görə, qoşunların bir hissəsinin Əfqanıstandan çıxarılmasından sonra bu ölkədə ABŞ-ın 8-9 min əsgəri qalacaq./Report/
Oxunub: 369
Xəbəri paylaş
Paylaş: