"Rusiya səfirliyi ərazini azad etməlidir"-
Çexiya hökuməti tələb edir
Praqa hakimiyyəti Rusiya Federasyası (RF) səfirliyindən diplomatik nümayəndəliyinin yerləşdiyi yarım hektar ərazini azad etməyi tələb edir.
Uyğun müraciət Çexiya hökumətinə göndərilib. Bu barədə aprelin 19-da «Tvitter»də Praqa-7 bələdiyyəsinin başçısı Yan Çijinski xəbər verib.
Sözügedən ərazi 1968-ci ilə qədər Staromova parkına birləşən əraziyə daxil olub.
«Praqa Şəhər Şurası Çexiya hökumətini Rusiya səfirliyi ərazisinin Varşava müqaviləsi ordusunun 1968-ci ildə ölkəyə soxulmasına qədərki vəziyyətinə gətirilməsi barədə danışıqlar aparmağa çağırıb» - Çijinski yazıb.
Yarım hektar ərazidə şəhər hakimiyyəti gül «evləri» tikməyə və 1968-i ilin avqustuna qədər olduğu kimi, ağaclar əkmək niyyətindədir. O zaman bu ərazidə sovet ordu hissələrindən biri üçün düşərgə yradılıb.