Çexiya rus diplomatları deportasiya etdi -
Zəhərləməklə sui-qəsd cəhdinə görə
Çexiya iki rus diplomatını ölkədən qovub.
Bu məlumatı ölkənin baş naziri Andrej Babis bildirib.
Rəsmi Praqa bəyan edib ki, Rusiya səfirliyinin iki əməkdaşı paytaxt bələdiyyəsinin sədri Z.Hriblə birlikdə iki bələdiyyə əməkdaşını zəhərləmək istəyib.
Diplomatların Çexiyadan Rusiyaya deportasiya edildiyini bildirən baş nazir əlavə fikirlər işlətməyib. Rəsmi Moskva isə bu ittihamları rədd edib.
Oxunub: 414
Xəbəri paylaş
Paylaş: