Zəngəzurda Paşinyanı söyüb qovanlar kütləvi həbs edilib

Dünən bütün gecəni Ermənistanın Sünik vilayətində (Zəngəzur) həbslər aparılıb. Ötən gün baş nazir Nikol Paşinyanın vilayətə gəlişinə etiraz edənlər və onu söyüb qovanlar tutulub. Sünikin keçmiş qubernatoru Vahe Akopyan deyib ki, saxlanılanların hamısını Yerevana aparırlar. “Bir çoxlarını naməlum istiqamətə aparıblar, nə vəkillə, nə başqası ilə əlaqə saxlamağa imkan verməyiblər”,-Vahe Akopyan deyib.
Dünən baş verənlərdən sonra Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə “Sünikdə baş verən özbaşınalıqlara görə qəti tədbirlər görməyi” tapşırıb. Vilayətə xüsusi xidmət orqanlarının əməkdaşları və xüsusi təyinatlılar, çoxsaylı polislər yeridilib. Mehri şəhərinin meri Mxitar Zakaryanın da evinə gecə polis basqını olub, onu tutublar. Mxitar Zakaryan Paşinyanın vilayətinə gəlişinə etiraz etmişdi və onu “heç görmək belə istəmədiyini” demişdi./virtualaz.org
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: