Paşinyandan əks-zərbə: Mehrinin meri həbs edildi

Ermənistanın hüquq-mühafizə orqanları Mehri şəhərinin meri Mxitar Zakaryanı saxlayıb.
"Sputnik Ermənistan” məlumat verir ki, bu barədə Mehri merinin vəkili Qayane Papoyan öz “Facebook” səhifəsində məlumat yayıb.
“Əvvəlcə Mehridəki polis idarəsinə, sonra Qafana aparacaqlarını dedilər. İndi isə onun bir neçə polis avtobusunun müşayiəti ilə İrəvana aparıldığına dair informasiya yayılıb”, - vəkil Qayane Papoyan yazıb.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan ötən gün Sünik vilayətinə səfəri çərçivəsində Mehri şəhərini ziyarət etmək istəyib. Ancaq sakinlər onu Mehriyə buraxmayıb, baş nazirin ünvanına “Nikol satqın!” və sair təhqiredici şüarlar səsləndiriblər.
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: