"İnsanlar hər il peyvənd etdirməli olacaqlar"-
"Pfizer-BioNTech” şirkətinin həmtəsisçisi
“Pfizer” dərman şirkətinin CEO-su Albert Bourla bir neçə gün əvvəl "CNBC" televiziyasına açıqlaması zamanı vaksinasiyasından keçən şəxslərin ən geci 12 ay içərisində üçüncü doz peyvəndə ehtiyac duyacaqlarını bildirmişdi.
Türkiyə mətbuatı xəbər verir ki, “Pfizer-BioNTech” şirkətinin həmtəsisçisi Özlem Türeci insanların hər il vaksinasiyadan keçməli olacaqlarını deyib: "Bundan sonra insanlar hər il mövsümi qriplərə qarşı peyvənd olunduqları kimi, koronavirusa qarşı da vaksinasiya etdirməli olacaqlar".
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: