Çində koronavirusdan ölənlərin sayı 414 nəfərə çatıb-
Yoluxanların sayı 13 mini keçib
Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 414 nəfərə, bu xəstəliyə yoluxanların sayı isə 13 522-yə çatıb.
RİA Novosti xəbər verir ki, fevralın 3-də yerli hökumət bu virusdan 64 nəfərin öldüyünü, 2345 nəfərin isə yoluxduğunu açıqlayıb.
Xəstəliyin meydana gəldiyi Uhan şəhərində 1242 yeni yoluxma hadisəsi qeydə alınıb.
Fevralın 4-ü, saat 00:00-a olan məlumata görə, 396 Hubey sakininin koronavirusdan sağaldığı bildirilib.
Oxunub: 224
Xəbəri paylaş
Paylaş: