Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
Report xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Telefon danışığı zamanı Ermənistan ordusunda aparılan islahatlar və Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti müzakirə olunub.
Tərəflər Rusiya-Ermənistan birgə hərbi qüvvələrinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
Oxunub: 324
Xəbəri paylaş
Paylaş: