Rusiya və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefonla danışıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, iki ölkənin müdafiə nazirləri Suriyanın İdlib bölgəsində vəziyyətin sabitləşməsi məsələlərini müzakirə ediblər.
Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı martın 5-də Moskvada qəbul edilmiş memoranduma əlavə protokolların həyata keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Oxunub: 1 109
Xəbəri paylaş
Paylaş: