“Traxtur”- dan Asiya Çempionlar Liqasında ilk qələbə - VİDEO

Asiya Çempionlar Liqasının qrup mərhələsində yarışan Təbrizin “Traxtur” klubu ilk qələbəsini qazanıb. Təbriz klubu ötən gecə, aprelin 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Şarja” şəhərində İraqın “Hərbi Hava Qüvvələri” komandası ilə qarşılaşıb.
Qələbə topunu 63-cü dəqiqədə komandanın hücumçusu Mehdi Tikdəri vurub. Bu qələbədən sonra “Traxtur” 4 xalla qrup cədvəlində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Şarja” komandasından sonra ikinci yerdə qərar tutub.
Oxunub: 334
Xəbəri paylaş
Paylaş: