Çindən uyğur probleminə reaksiya: "ABŞ-la tərəfdaş idik, indi onlar əsəbiləşib..."

ABŞ-ın terrorizmlə mübarizə sferasında ikili standartları dünyanı Vaşinqtonun hansısa prinsiplərinin olmasını düşünməyə vadar edir.
Bunu Çin xarici işlər naziri Van Yi deyib. O, Sintzyanda soyqırım və məcburi əmək kimi anlayışların yalan olduğunu bildirib:
“ABŞ terrorizmlə mübarizə zamanı Çini tərəfdaş sayırdı. Tərəflər yekdilliklə Şərqi Türküstan Hərəkatını terror təşkilatları sırasına daxil etmişdilər. İndi onlar əsəbiləşib, təşkilatı siyahıdan çıxarıblar. Bu cür ikili standartlar və özbaşınalıq dünya ictimaiyyətində ABŞ-ın hansısa prinsiplərinin olmasıyla bağlı şübhələr yaradır”./axar.az
Oxunub: 247
Xəbəri paylaş
Paylaş: