ABŞ ermənilərin sevincinə su səpdi:
“Soyqırımı”ın hüquqi nəticəsi olmayacaq...
Hüquqi nöqteyi-nəzərdən soyqırım cinayətlərinin qarşısının alınması haqqında konvensiyanın geriyə qüvvəsi yoxdur.
Bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi deyib.
“1915-ci ildəki “erməni soyqırımı”nın hüquqi nəticələrinə gəlincə, soyqırım haqqında konvensiya 1951-ci ildə qəbul edilib. Buna görə də hüquqi baxımdan konvensiya geriyə tətbiq edilə bilməz.
ABŞ və Türkiyə münasibətlərinə gəlincə isə bu ölkə ABŞ-ın NATO çərçivəsində vacib müttəfiqidir. Bayden administrasiyası dəqiq şəkildə bəyan edib ki, ABŞ və Türkiyə arasındakı fikir ayrılığı effektiv şəkildə nizamlanmalıdır”, – deyə o bildirib./axar.az
Oxunub: 417
Xəbəri paylaş
Paylaş: