Nazarbayev Qazaxıstan Xalq Assambleyasının sədri vəzifəsindən getdi

“RİA Novosti”nin məlumatına görə, bu barədə o, assambleyanın sessiyasında elan edib.
“Yoluma davam etmək istəyirəm, bu mənim üçün ciddi və emosional addımdır, çünki 1995-ci ildə Qazaxıstan Xalq Assambleyası yaranandan bəri ona rəhbərlik etmişəm”, - deyə Nazarbayev bildirib.
O, göstərdikləri dəstəyə görə assambleya üzvlərinə təşəkkürünü bildirib.
“Qərara gəldim ki, Qazaxıstan Xalq Assambleyasına rəhbərlik hüququmu Prezident Kasım-Jomart Tokayevə təhvil verim”, - deyə sabiq prezident əlavə edib.
Oxunub: 347
Xəbəri paylaş
Paylaş: