Blinkenin “soyqırımı” açıqlaması Solovyovu qəzəbləndirdi: “Bəraət almağa çalışır”

Solovyov Blinkenin türklər qarşısında özünə bəraət qazandırmağa çalışdığını bildirib.
Rusiyadakı erməni diasporundan qidalanan rusiyalı teleaparıcıya görə, Blinken Baydenin məlum bəyanatından sonra yaranmış vəziyyəti düzəltməyə çalışır: “Dövlət katibi türklər qarşısında özünə bəraət qazandırmağa cəhd edir”.
O, qondarma soyqırımın ABŞ-da prezident seçkilərində iştirak edən namizədlər üçün erməni əsilli amerikalıların səslərini almaq üçün vasitə olduğunu da diqqətə çatdırıb.
Bununla belə, Solovyov Türkiyənin güclü ordusunun olduğunu da diqqətə çatdırıb: “Türkiyə ABŞ-ın NATO-dakı vacib müttəfiqidir. NATO-nun Avropadakı ən böyük ordusu da Türkiyəyə məxsusdur. Buna görə də ABŞ Türkiyə ilə münsibətlərini davam etdirəcək”.
Qeyd edək ki, Blinken bundan əvvəl Baydenin məlum bəyanatından danışarkən, onun 1915-ci ildə Osmanlıda baş verən hadisələrə görə Türkiyəni günahlandırmadığını bildirib.
Oxunub: 396
Xəbəri paylaş
Paylaş: