Ermənistanda koronavirusdan ölənlərin sayı 4 139 nəfərə yüksəlib

Ermənistanda son sutkada koronavirusa 267 yoluxma qeydə alınıb. Bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 216 863-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 11 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 139 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 199 755 nəfər sağalıb. Hazırda 11 945 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: