Yarımfinallarda ən çox iştirak edən klublar -
Çempionlar Liqasında
Apasport.az saytının məlumatına görə, “Real” 17-ci, “Çelsi” isə 3-cü dəfə finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
“Kral klubu” ÇL tarixində yarımfinalların ən təcrübəli komandasıdır. İspaniya təmsilçisi 30 dəfə bu mərhələdə mübarizə aparmaqla əlçatmaz rekorda malikdir. “Real”ı 20 yarımfinal mübarizəsi ilə “Bavariya” izləyir. İlk “üçlüy”ün digər sakini isə 16 dəfə 1/2 final görmüş “Barselona”dır.
1. “Real” - 30 (16 final, 13 çempionluq)
2. “Bavariya” – 20 (11 final, 6 çempionluq)
3. “Barselona” – 16 (8 final, 5 çempionluq)
4. “Milan” – 12 (11 final, 7 çempionluq)
5. “Yuventus” - 12 (9 final, 2 çempionluq)
6. “Mançester Yunayted” – 12 (5 final, 3 çempionluq)