Ermənistanda COVID-19-a yoluxanların sayı 218 mini ötüb
Ermənistanda son sutkada koronavirusa 425 yoluxma qeydə alınıb. Bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 218 325-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 14 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 192 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 202 273 nəfər sağalıb. Hazırda 10 828 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: