Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə torpaq sahələri satışa çıxarılıb
Report-un yerli bürosu xəbər verir ki, sahələrin 8-i azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsinin payına düşür.
Ən çox torpaq sahəsi 11 olmaqla Kaxeti bölgəsində satışa təqdim olunub. Sahələrin biri soydaşlarımızın yaşadığı Qabal kəndində yerləşir. 13,3314 hektar sahənin başlanğıc qiyməti 307 000 laridir (təxminən 90 min ABŞ dolları).
Sahələrin elektron hərrac vasitəsilə satışı mayın 18-nə təyin olunub.