Əfqanıstanda “talibançı”ların hücumu nəticəsində 7 polis əməkdaşı öldürülüb
Əfqanıstanda “Taliban” silahlıları polis əməkdaşlarına hücum edib.
“Report” xəbər verir ki, bu barədə 1TV telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin cənubundakı Uruzqan əyalətində qeydə alınıb. “Taliban” silahlılarının nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 7 polis əməkdaşı həlak olub.
Telekanal bildirib ki, hücum zamanı daha 7 polis əməkdaşı xəsarət alıb.
Oxunub: 376
Xəbəri paylaş
Paylaş: