Türkiyədə hər 4 gəncdən biri işsizdir - RƏSMİ STATİSTİKA...
Türkiyə Statistika İdarəsinin açıqladığı sonuncu göstəricilərə görə, mart ayında Türkiyədə gənclərin (15-24 yaşlarında) 25%-i işsiz olub. Bu isə o deməkdir ki, Türkiyədə hər 4 gəncdən biri işsizdir.
İşləyən insanların sayı isə əvvəlki ay ilə müqayisədə 550 min nəfər artaraq bu ilin mart ayında 28 milyon 89 min nəfər olub. İşləyən insanların 28,9%-i isə qeyri-rəsmi olaraq çalışıb.
Qadınlar arasında işsizlik səviyyəsi 16,5% olub. Gənc qadınlar (15-24 yaşlarında) arasında isə işsizlik səviyyəsi 30,9%-ə çatıb.
Oxunub: 398
Xəbəri paylaş
Paylaş: