Kadırov İsrail hökumətini üzr istəməyə çağırdı
Çeçenistan lideri Ramzan Kadırov İsrail hökumətini mayın 8-də Fələstin və İsrail döyüşçülərinin Şərqi Yerusəlimdə toqquşmasına görə üzr istəməyə çağırıb.
Bu barədə Kadırov öz Telegram-kanalında yazıb. Siyasətçinin sözlərinə görə, İsrail hökumətinin hərəkəti açıq formalı təxribatdır.
“Bu təxribat ona yönəlib ki, müsəlmanlar qanunu pozsunlar”,- Kadırov qeyd edib.
O, həmçinin hesab edib ki, dünya ictimaiyyətini baş verən situasiya ilə bağlı susmamalıdır.
“Yaranmış vəziyyətdə ən yaxşı halda İsrail hökuməti Fələstindən üzr istəməlidir”,-Kadırov bəyan edib.
O, daha sonra vurğulayıb ki, nə qədər ki, gec deyil İsrail hökuməti konfliktə düzgün istiqamət verməlidir.
“Əks halda, hadisənin masştabı daha kədərli olacaq”,-Çeçenistan lideri əlavə edib.Xatırladaq ki, mayın 8-nə keçən gecə Şərqi Yerusəlimdə Al-Aksa məscidinin yaxınlığında fələstinlilərlə israilli polislər arasında toqquşma olub və nəticədə 200 nəfər xəsarət alıb.